Keçmiş bakılı: Məni öldürmək istəyirdilər
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Keçmiş dünya çempionu və Rusiya müxalifətçisi Qarri Kasparov ABŞ və Litva kəşfiyyat orqanlarının onu həyatı üçün təhlükə barədə xəbərdar etdiyini bildirib.
"Yeni Sabah" BBC News-a istinadla xəbər verir ki, o, sui-qəsdin hədəfi olduğu barədə birbaşa məlumatlandırılmadığını vurğulayıb.
Keçmiş bakılı ABŞ-yə köçdükdən bəri ilk dəfə gücləndirilmiş təhlükəsizlik tədbirləri altındadır. Sezar pizza
Kasparov yazıb: "Mümkün olduğunu düşünsəm belə, dayanmayacağam və gizlənməyəcəyəm". O, əlavə edib ki, Vladimir Putin Rusiyada hakimiyyətdə qaldığı müddətcə o və ailəsi həqiqətən təhlükəsiz olmayacaq.
ABŞ Ədliyyə Nazirliyi bir müddət əvvəl Rusiya Kəşfiyyat Xidmətləri Şəbəkəsinin (RIS Network) 5 üzvünə qarşı ittihamlar elan etdi. Müstəntiqlərin sözlərinə görə, şəbəkə ən azı 2024-cü ildən bəri fəaliyyət göstərir və müxtəlif ölkələrdə rusiyalı dissidentlərə və qaçaqlara qarşı hücumlar və sui-qəsdlər planlaşdırır.
Q.Kasparov Rusiyanı 2013-cü ildə tərk edib. Dövlət Dumasının keçmiş deputatı Ponomaryov 2014-cü ildə Krımın ilhaqına qarşı səs verən yeganə rusiyalı parlamentari olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















