Icma.az
close
up
RU
Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?

Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlətə 1,6 milyon manat dəyərində zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib. Daha sonra şahidlər dindiriliblər.

Şahid Günay Ağakişiyeva bildirib ki, Biləsuvar rayonunda keçmiş məcburi köçkünlər üçün yaradılan şəhərcikdə yaşayır. Onun həyat yoldaşı Mobil İbrahimov təqsirləndirilən şəxslə ona əlillik düzəltməklə bağlı razılaşıblar:

"Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və ondan istifadə edir. Mənim xəstəliyim olmayıb və ya müayinədən keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə müddət pensiya aldığımı bilmirəm".

Təqsirləndirilən şəxs etiraz edərək şahidi tanımadığını deyib.

Mobil İbrahimov isə bildirib ki, yoldaşının adına alınan pulu geri qaytarıb.

Şahid Vüsalə Sadıqova bildirib ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi çalışıb:

"2017-18-ci illərdə xəstəxananın məlumatlarını bazaya mən daxil edirdim. Biz komissiyadan sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digərləri tapşırırdılar. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək olub. Məndən öncə bu vəzifədə Dəniz Əsədova çalışıb".

Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb:

"Tanışım İlqar mənə dedi ki, sənə pensiya yazdıracağam. Sonra mənə kart verdi. Dedi ki, buradan pensiya alarsınız. İmkan olandan sonra 3 000 manat verərsiniz. Öyrəndim ki, tanışım pulu mənim yerimə ödəyib. Sonra mən ona üç min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. Beş il müddətində pensiya almışıq. Məbləği imkan olmadığı üçün geri qaytarmamışıq".

Şahid Elnarə Salahova isə bildirib ki, 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında nevroloq kimi çalışıb, o da komissiya üzvü olub:

"Əlillik müayinə əsasında yazılırdı. Əvvəllər əlilliklə bağlı kartları yalnız sədr imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları müayinə etməyə ehtiyac olmadığını bildirirdi".

Proses yanvarın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Rauf İsfəndiyarov 2023-cü ildə Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

İttihama görə, o, Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.

Bundan başqa, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və əlavə olaraq 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

İstintaqla müəyyən edilib ki, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək, 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya təminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaitini mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyəti ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.

Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Cinayət işi üzrə zərərçəkmiş kimi müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi tanınıb.

Təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri