Keçmiş baş nazir Ukrayna filmində Siyasətdən komediyaya FOTOlar
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın "31 dekabra gedən qatar" adlı Yeni il komediyasında rol alıb.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əsas rollardan birinin ifaçısı, teleaparıcı Yuri Qorbunov sosial şəbəkələrdəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, filmin premyerası yanvarın 1-nə planlaşdırılıb.
Ssenariyə əsasən, hadisələr qatarda baş verir: Yeni il qabağı sərnişinlər Lvova yollanır və orada onları qeyri-adi sərgüzəştlər, görüşlər gözləyir.
Conson filmdə üzərində "Ukrzaliznıtsi" yazılmış baş geyimində səhnə alır, "Slava Ukraine!" qışqıraraq ukraynalıları Yeni il münasibətilə təbrik edir və məşhur "Hello everybody" ifadəsini səsləndirir.
Xatırladaq ki, Boris Conson 2019-2022 illərdə Böyük Britaniyanın Baş naziri olub.
Nərmin
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Dekabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















