Keçmiş bələdiyyə sədri Bakıya gətirilirdi YOLDA VƏFAT ETDİ
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, Cəlilabad Rayon Bələdiyyəsinin sabiq sədri Fərqanə Məmmədova dünyasını dəyişib.
O, xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. F.Məmmədova bir müddət Türkiyədə müalicə olunub, amma bu, müsbət nəticə verməyib. İyulun 6-da keçmiş bələdiyyə sədrinin vəziyyəti ağırlaşıb. Yaxınları onu Bakıdakı xəstəxanalardan birinə yerləşdirməyə qərar veriblər. Lakin F.Məmmədova rayondan paytaxta gətiriləndə avtomobildə vəfat edib.
Qeyd edək ki, F.Məmmədova uzun illər Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Hakim Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatında fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 2016-cı il oktyabrın 4-də imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunub.
Baxış sayı:194
Bu xəbər 06 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















