Keçmiş C130 təyyarəsinin pilotu qəzanın səbəbini AÇIQLADI FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı yeni versiya açıqlanıb.
Milli.Az xəbər verir ki, hadisə ilə bağlı keçmiş "C-130" pilotu Bülent Boralı "A Haber" telekanalına müsahibəsində qəzanın mümkün səbəblərini dəyərləndirib.
Təyyarəyə minmədən əvvəl ona zəng edibmiş: "Qayıdırıq..." - FOTO Qəzada 20 hərbçinin öldüyü təsdiqləndi - FOTO
Onun sözlərinə görə, "C130" təyyarələri Türkiyə Silahlı Qüvvələrinin ən mühüm hərbi nəqliyyat təyyarəsidir. Onun bu şəkildə qəzaya uğraması insanların beynində çoxlu suallar yaradıb:
"Keçmiş C130 pilotu kimi deyə bilərəm ki, təyyarənin mühərriki hələ də işləyirdi. Bu mühərriklər modernləşdirilmişdir. Yaşlarına baxmayaraq, təkmilləşdirilib" .
Keçmiş pilot səbəb olaraq struktur material yorğunluğunu istisna etməyib.
"Konstruksiya materialının yorğunluğu istisna edilmir. Sivil aviasiyada bu səbəbdən çox sayda qəza yaşanıb. Videolarda təyyarənin quyruq hissəsinin ayrıldığı görünür, başqa bir obyektlə toqquşma əlaməti yoxdur. Hər bir təyyarənin müəyyən gövdə ömrü var və texniki baxışlar zamanı bu, diqqətlə yoxlanılır. Amma söhbət 1950-ci illərdə istehsal edilmiş modeldən gedir", - deyə ekspert bildirib.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 12 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















