Icma.az
close
up
RU
Keçmiş deputatdan DİM sədrinin bəzi ixtisasların ləğvi barədə açıqlamasına MÜNASİBƏT

Keçmiş deputatdan DİM sədrinin bəzi ixtisasların ləğvi barədə açıqlamasına MÜNASİBƏT

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlaması zamanı bildirib ki, bəzi ixtisaslar təxminən 5 ilə ləğv olunacaq. Lakin o, konkret olaraq hsnsı ixtisasların ləğv olunacağını açıqlamayıb.

Bəs gələcəkdə hansı ixtisaslar ləğv oluna bilər? Ümumiyyətlə belə addımın atılması düzgündürmü?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, bəzi ixtisasların yaxın 5 ildə ləğv ediləcəyi ilə bağlı açıqlama cəmiyyətin diqqətini çəkir:

"Çünki hər bir abituriyent ixtisas seçərkən həm də gələcək peşəsini, öz maliyyə təminatını seçir. Bu məsələni düzgün anlamaq üçün vacib olan əsas məqam odur ki, burada söhbət konkret peşələrin yox olmasından deyil, artıq əmək bazarında ehtiyac duyulmayan ixtisasların təhsil sistemindən çıxarılmasından gedir. İxtisasın ləğvi o deməkdir ki, bu sahə üzrə ali və ya orta ixtisas təhsili proqramları bağlanacaq və həmin istiqamətdə yeni qəbul dayandırılacaq. Bu, əmək bazarında həmin sahənin artıq aktual olmaması ilə birbaşa bağlıdır".

Keçmiş deputat qeyd etdi ki, bu cür yanaşma dünyanın inkişaf etmiş ölkələrində uzun illərdir tətbiq olunur və Azərbaycan təhsilinin də real əmək bazarına uyğunlaşdırılması baxımından zəruri addımdır:

"Müasir texnologiyaların və süni intellektin sürətli inkişafı nəticəsində bir çox ixtisaslar ya tamamilə aktuallığını itirib, ya da ciddi şəkildə yeni formada tətbiqinə ehtiyac duyulur. Məsələn, arxiv işi və sənəd dövriyyəsi, kitabxanaçı, klassik ofis menecmenti, mühasibatlıq (bank əməliyyatçısı və kassir), ənənəvi jurnalistika (çap mediası), bəzi kənd təsərrüfatı sahələri üzrə ixtisaslar artıq bir sıra ölkələrdə ya ləğv olunub, ya da rəqəmsallaşdırılmış yeni proqramlarla əvəzlənib. Bu istiqamətdə Azərbaycan təhsil sistemi də eyni prosesə qədəm qoyur. Lakin burada vacib olan yalnız ixtisasların ləğvi deyil, onların alternativlərinin və ya müasirləşdirilmiş formalarının yaradılmasıdır. Yəni məsələyə “məhdudlaşdırmaq” yox, “transformasiya” kimi yanaşılmalıdır. Bu baxımdan, ixtisasların tam ləğvindən əvvəl onların əmək bazarı ilə uzlaşdırılması, tədris proqramlarının yenilənməsi və məzunların gələcək perspektivlərinin nəzərə alınması vacibdir. Təklifim ondan ibarətdir ki, bu proses mərhələli, şəffaf və ictimai əsaslandırılmış şəkildə həyata keçirilsin".

Təhsil eksperti vurğuladı ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının iştirakçıları ilə məsləhətləşmələr aparılmalı, ixtisasların ləğvi prosesində tələbələr, müəllim heyəti və ictimaiyyət vaxtında məlumatlandırılmalıdır.

"İxtisasların dəyişməsi və ya ləğvi gələcək üçün təhlükə yox, əksinə, zamanın tələbinə uyğunlaşma fürsəti kimi dəyərləndirilməlidir. Əgər bu addımlar düzgün idarə olunarsa, Azərbaycan təhsil sistemi həm gənclər üçün daha real imkanlar yaradacaq, həm də əmək bazarının dinamik inkişafına uyğun çevik struktur qazanacaq", - deyə Sona Əliyeva fikrini tamamladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri