Icma.az
close
up
RU
Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Keçmiş “Dostluq” kinoteatrının binası yenidən qurulacaq

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Keçmiş “Dostluq” kinoteatrı binasının yenidənqurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə üçün artıq 50-dən çox müraciət var.

Ölkə.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, müraciətlər arasında peşəkar memarlar iştirak etdiyindən nəticə barədə danışmaq hələ tezdir:

"Düşünürəm ki, hər bir memar öz düşündüyü kimi təklif verəcək”.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binasının yenidənqurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə açıq müsabiqə elan olunub. Azərbaycan Memarlar İttifaqı bu binanın gələcək istifadəsi və yenidənqurulmasının memarlıq təkliflərinin hazırlanması mövzusunda açıq müsabiqə keçirmək qərarına gəlib.

Qeyd edək ki, “Dostluq” kinoteatrı 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb. Baxımsızlıq nəticəsində binanın səliqə-səhmanı pozulmuş, texniki cəhətdən yararsız vəziyyətə düşüb. Sonralar bina özəlləşdirilib və hazırda şəxsi mülkiyyətdədir.

Mülkiyyətçi tərəfindən binada möhkəmləndirmə və əsaslı təmir aparılması planlaşdırılsa da, müvafiq dövlət qurumlarının ekspertlərinin rəyinə görə ağır qəzalı vəziyyətdə olub. Bina Azərbaycan dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında qeydiyyata alınmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri