Keçmiş əri Colinin qanı olan şüşə qabı buna görə özü ilə gəzdirdirir
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını daşıdığı şüşə qab barədə uzun illərdir davam edən suallara aydınlıq gətirib. Aktyor boşanmalarından 20 ildən artıq vaxt keçsə də, həmin detalın niyə gündəmdə qaldığını "Rolling Stone" nəşrinə açıqlamasında izah edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tornton həmin addımı sırf romantik niyyətlə atdığını bildirib. Onun sözlərinə görə, mətbuat bu jesti qalmaqal kimi təqdim etməklə vəziyyəti olduqca şişirdib.
"Bu, sadəcə romantik bir fikir idi. Amma ayrıldıqdan sonra bizi sanki yer altında yaşayan, bir-birinin qanını içən vampirlər kimi göstərirdilər", - deyə aktyor zarafatla bildirib.
70 yaşlı sənətçi həmçinin Ancelina Coli ilə münasibətlərinin bu gün də yaxşı olduğunu və birlikdə keçirdikləri illəri həyatının ən gözəl dövrlərindən biri adlandırdığını qeyd edib.
"Biz hələ də çox yaxın dostuq. Evliliyimiz çox sivil şəkildə başa çatdı. Sadəcə fərqli həyat tərzlərinə sahib idik", - deyə Tornton əlavə edib.
Xatırladaq ki, Tornton və Coli 1999-cu ildə film çəkilişləri zamanı tanış olub, 2000-ci ildə ailə qurublar. Cütlük 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini açıqlayıb və cəmi üç ay sonra münasibətlərinə son veriblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Noyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















