Icma.az
close
up
RU
Keçmiş ərinin baltaladığı Dilbər ifadə verəndən sonra niyə öldü? KONKRET

Keçmiş ərinin baltaladığı Dilbər ifadə verəndən sonra niyə öldü? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Füzuli Rayon Mərkəzi Xəstəxanasının həyətində həmin xəstəxanada laborant işləyən Dilbər Namazovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Dilbər başına balta zərbələri aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Özünə gələn kimi müstəntiqə ifadə verən Dilbər iki gün sonra evə buraxılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Qətli törədən Dilbərin keçmiş əri 48 yaşlı Elsevər Bağırov həbs edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunan Elsevər 18 il mddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib. Elsevər Bağırov xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib. E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman onun baş nahiyyəsinə balta ilə xəsarətlər yetirib. Hadisə baş verən zaman Dilbərin yanında iş yoldaşı da olub. elsevərin əlində balta ilə Dilbərə yaxınlaşdığını da ilk o görüb. Qışqıraraq kömək istəsə də Elsevər ilk fürsətdə Dilbərə zərbə endirib. İlk zərbəni başından alan Dilbər yerə yıxılıb. Elsevərə təkrar balta ilə onun başına vurub. Ətrafda olanlar Elsevəri tutaraq növbəti dəfə vurmasına imkan verməyiblər.

Ağır vəziyyətdə xəsətxanaya çatdırılan Dilbər gözlərini aça bilib. O, müstəntiqə ifadə də verib. İki gün sonra xəstəxanadan çıxarılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisədən 4 gün sonra…

Dilbər ölmədən öncə müstəntiqə verdiyi ifadəsində Elevərin onu uzun müddətdir ölümlə təhdid etdiyini deyib. Dilbər söyləyib ki, normal münasibətləri olmadığı üçün Elsevərdən ayrılıb və atasının evində iki övladı ilə yaşamağa başlayıb. Dilbər xəstəxanada işlədiyi dövrdə Elsevərin əsassız bəhanələr gətirərək onu narahat etdiyini deyib. Bildirib ki, Elsevərdən bir neçə dəfə polisə də şikayət edibmiş. Dilbər heç bir şəxslə münasibəinin olmadığını, Elsevərin bunu bəhanə edərək onu narhat etdiyini deyib. Dilbər onu da deyib ki, Elsevərdən etdiyi şikayətlər polisdə araşdırılırmış…

Dilbərin dediklərini onun qızı da təsdiq edib. Bildirib ki, ataları Elsevər həmişə onlara əziyyət verib, döyüb və ölümlə hədələyib. Atalarının onlarla maraqlanmadığını deyən azyaşlı bildirib ki, nə özü, nə də qardaşı atasını görmək istəməyib. Ataları isə “uşaqlarımı mənə göstərmirlər” bəhanəsi ilə anası ilə mübahisələr edib. Mərhumun qızı bildirib ki, atasının onları təhdid etməsi ilə bağlı mesajlar telefonda var.

Elsevərin digər övladı isə, ümmiyyətlə, atasını görmək istəməyib. İllər imiş ata və oğul görüşmürmüş.

Elsevər ifadəsində keçmiş arvadını qısqanclıq zəminində cəzalandırdığını desə də iş üzrə dindirilən bütün şahidlər Dilbərin heç kimlə əlaqəsinin olmadığını deyiblər.

Məhkəmə ifadə verən Elsevər deyib ki, ailədaxili problemləri olduğuna görə 2018-ci ildə Dilbərdən boşanıb. Amma 2023-cü ilin avqustuna qədər birlikdə yaşayıblar:

“Sonra yenə də mübahisələr başladı. Tamamilə ayrı yaşamağa başladıq. Dilbərin Sahib və Fuad həkimlə münasibətləri xoşuma gəlmirdi. Dilbər məzuniyyətdə olduğu vaxt da işə gedirdi. Dilbərin Fuad həkimin maşınına minməsini qəbul edə bilmirdim”.

Elsevər xəstəxanaya gedən zaman belində balta olmasını izah edərkən deyib: “Çayxanada işlətmək üçün almışdım. Gedəndə də üstümdə idi. Dilbəri öldürmək niyətim olmayıb. Dilbərə 1-2 dəfə balta ilə yüngül zərbə vurdum. Sonra da baltanı yerə atdım”.

Hadisə şahidləri deyiblər ki, Elsevər Dilbərə əlavə zərbələr vurmaq istəyərkən hadisə yerində olanlar buna imkan verməyərək baltanı onun əlindən alıblar.

Məhkəmədə şahid qismində Dilbərin münasibətdə olduğu iddia edilən həkim də ifadə verib. Həkim bildirib ki, Dilbər kollektivdə dürüst, namuslu və övladları üçün fədakarlıq edən xanım kimi tanınıb. Onun heç kimlə münasibət olmayıb.

Mərhumun ailəsi Elsevərin iddialarını əsassız hesab edərək qızlarına böhtan atıldığını deyiblər. Bildiriblər ki, Elsevər ailəsi ilə maraqlanmayan biri olub və uşaqlarına qarşı da laqeyid münasibət göstərib. Həmçinin əlavə ediblər ki, uşaqları özləri Elsevəri görmək istəməyib.

Məhkəmə zamanı məlum olub ki, mərhumun ailəsi Elsevərə qarşı 20 min yas xərcləri olaraq mülki iddia, 30 min isə mənəvəri zərərə görə iddia qaldırıblar.

Məhkəmə Elsevəri 18 il azadlıqdan məhrum etməklə yanaşı maddi tələbin 10 min, mənəvi tələbin isə 20 minlik hissəsini təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Avqust 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri