Keçmiş futbolçu müharibədə həlak oldu
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna ilə Rusiya arasındakı müharibədə 25 yaşlı litvalı könüllü İqnas Kaylyus həlak olub.
Sportal.az xəbər verir ki, o, keçmişdə futbolçu olub və Litvanın məşhur "Suduva" klubunun ehtiyat komandasında ("Suduva B") çıxış edib.
İqnas bu ilin fevral ayında Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub və orada qumbaraatan köməkçisi vəzifəsində xidmət edib. İyun ayının əvvəlindən döyüşçü itkin düşmüş hesab olunurdu.
Həmin vaxt Rusiya qüvvələri litvalı könüllünün döyüş tapşırığını yerinə yetirdiyi əraziyə kütləvi atəş açıb, bundan sonra onunla əlaqə tamamilə kəsilib.
"Suduva" futbol klubu öz keçmiş oyunçusunun xatirəsini ehtiramla yad edib, başsağlığı verərək onun qəhrəmanlığını vurğulayıb:
"Biz İqnas Kaylyusu daim müsbət enerji saçan bir insan kimi xatırlayırıq və xatırlayacağıq. "Suduva B"-nin keçmiş oyunçusu Ukraynanın və hamımızın azadlığını təcavüzkarlardan, xeyiri şərdən, işığı qaranlıqdan qoruyaraq canını fəda etdi. Rahat uyu, qəhrəman!".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 24 İyun 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















