Icma.az
close
up
RU
Keçmiş futbolçu və futbol şərhçisi Pələng Çingiz” VİDEO

Keçmiş futbolçu və futbol şərhçisi Pələng Çingiz” VİDEO

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Keçmiş futbolçu və futbol şərhçisi, vaxtilə “Neftçi”nin rəisi və AFFA-nın baş katibi olmuş Çingiz İsmayılov bir həftə əvvəl 89 yaşında dünyasını dəyişib.

İdman.biz “Neftçi-70. Unudulmayam keçmiş 1937-2007” kitabında ona həsr olunan yazını, həmçinin haqqında çəkilmiş sənədli filmi təqdim edir.

Əksər futbol adamlarımızı maksimum iki ampluada görməyə adət etmişik. Bir simanın oyunçu-məşqçi və ya oyunçu-hakim, nadir hallarda isə futbolçunun sonradan klub ya da federasiya rəsmisi olduğunun şahidi olmuşuq. Amma Çingiz İsmayılov elə şəxslərdən sayılır ki, onun futbol fəaliyyəti çoxşaxəlidir. Sahə oyunçusu, qapıçı, televiziya şərhçisi, klub rəisi, sonra isə federasiya rəsmisi kimi. Ölkə futbolunun flaqmanına xidməti isə Çingiz bəy qapıçı kimi başlayıb, şərhçi kimi davam edib, komandanın rəisi kimi başa vurub.

İsmayılovun futbola gəlişi çoxlarından fərqlənməsə də, qapıçı olmasında qəribəlik sezmək olar. Tofiq Bəhramovun müəllim işlədiyi orta məktəbdə təhsil alan Çingiz bəyin futbolu seçməsində mərhum referinin əməyi olub. Respublikada yaradılan ilk futbol məktəbinə birinci qəbul olunanlar sırasında yer alan oyunçunu ora məhz məktəbdəki müəllimi aparmışdı. Yalnız 21 yaşında qapıçı olmağa qərar verən İsmayılovu bu addımı atmağa vadar edən səbəb olub. Bakıxanov qəsəbəsində həmyaşıdlarından təşkil olunan komandada qapıçı olmaq istəyən yox idi. Belədə hər qoldan sonra oyunçulardan biri çərçivəyə keçirmiş. Bundan bezǝrǝk qapıçılığı üzərinə götürən Çingiz bəy elə həmin il "Neftçi"yə dəvət olunur.

Qapıçının "ağ-qara" formadakı karyerası İrəvanda başlayır. Viktor Novikovun dəvəti ilə komandaya cəlb olunan gənc qapıçı o vaxtki "Spartak"la matçın ikinci hissəsində meydana çıxır. 1960-cı ildə Güclülər dəstəsində də debüt etmək imkanı qazanan "pələng" ləqəbli qapıçı 27 yaşınadək respublikanın bir nömrəli komandasının sıralarında olur. "Pələng" ləqəbini isə o, 1957-ci ildə İranda Tehran yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra alıb. Həmin görüşdə onun gözəl oyununu ertəsi gün İran mətbuatı işıqlandırmış, manşetlərə "Pələng Çingiz” başlıqlı yazılar çıxmışdı. O vaxtdan qapıçımızın ləqəbi "Pələng" qalmışdır.

Karyerasının növbəti beş ilini Bakının, sonralar Gəncənin "Dinamo" komandasına sərf edən İsmayılov 1969-cu ildə yenidən, qismən də olsa, "Neftçi"yə bağlanıb. O, "Neftçi" Cəmiyyəti Mərkəzi Şurasının futbol bölməsinin sədri vəzifəsinə təyin olunur. Daha sonra düz 18 il televiziyada şərhçi kimi çalışan Çingiz bəy vaxtının çoxunu flaqmanın oyunlarından reportaj hazırlamaqla keçirirdi. Hətta o, bundan ötrü ADU-nun jurnalistika fakültəsini bitirir. Qapıçı kimi 6, şərhçi kimi 18 il bağlı olduğu kluba daha yaxın olmaq üçün İsmayılov televiziyadan getməli olur. 1987-ci ildən başlayaraq flaqmanın rəisi olan mütəxəssis 7 il bu vəzifədə çalışıb. "Neftçi" - AFFA münasibətlərinin kritik həddə çatdığı 1994-cü ildə İsmayılovun klubdan federasiyaya keçməsi münasibətlərin ilıqlaşmasına xidmət edirdi. Bu həm də üç ampluada üst-üstə "Neftçi"yə yarım əsrlik bağlılığın sonu oldu…

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri