Icma.az
close
up
RU
Keçmiş hakimi 4 min 500 pensiya qane etmir

Keçmiş hakimi 4 min 500 pensiya qane etmir

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin sonunda yaş həddi ilə bağlı vəzifəsindən azad edilən, 16 ildən çox məhkəmə hakimi işləmiş İsmayıl Əhmədov ona kəsilən aylıq 4 min 544 manat 88 qəpik məbləğindəki pensiyadan narazı qalıb.

Gununsesi.info bildirir ki, o, pensiyasının yenidən hesablanıb artırılmasından ötrü Dövlət Sosial Müdafiə Fonduna üz tutub.

İki dəfə “yox” cavabı alandan sonra məhkəmədə iddia qaldıraraq, istədiyini gerçəkləşdirib.

İ.Əhmədov 14 il Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Daha öncə – 2008-2010-cu illərdə Sabirabad Rayon Məhkəməsində hakim olub.

Hakimliyədək uzun illər daxili işlər orqanlarında işləyib və 2000-ci ildə bu sistemdə təqaüdə çıxandan sonra paytaxtın Nizami rayonunda İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət Sosial Müdafiə Fondundan keçmiş hakimə cavab məktubunda bildirilib ki, ona vaxtilə aldığı 8 min 272 manat 92 qəpik orta aylıq əməkhaqqının 54 faizi qədər pensiya təyin edilib (4 min 467 manat 38 qəpik və işdən çıxanadək ödənilmiş əmək pensiyasının tərkibindəki 77 manat 50 qəpik maddi yardım nəzərə alınmaqla toplam 4 min 544 manat 88 qəpik pensiya təyin olunub). Ancaq İ.Əhmədovun fikrincə, aldığı maaşın 80 faizi nəzərə alınmaqla hesablanma aparılmalıymış.

Bakı İnzibati Məhkəməsi sabiq hakimin iddiasını təmin edib. Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoyulub ki, onun pensiyası yenidən hesablansın, indiyədək arada olan məbləğ fərqi də İ.Əhmədova ödənilsin.

Həmin fond bu qərardan narazı qalaraq, apellyasiya şikayəti versə də nəticə dəyişməyib.

Son illərdə yaş həddinə görə təqaüdə çıxan məhkəmə hakimlərinin bir çoxu pensiya məbləğinin artırılması tələbiylə məhkəmələrdə iddia qaldırıblar. Onların arasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin keçmiş sədri Kəramət Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Ənvər Seyidov, Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Ülvi Mayılov və başqaları var.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Oktyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri