Icma.az
close
up
RU
Keçmiş hərbçi İrana casusluq işi üzrə həbs olundu

Keçmiş hərbçi İrana casusluq işi üzrə həbs olundu

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Britaniya ordusunun keçmiş hərbçisi Daniel Halife İranın xeyrinə casusluq işi üzrə aparılan istintaq çərçivəsində saxlanıldıqdan sonra ard-arda iki dəfə səs-küylü qaçış həyata keçirməsi ilə ölkə gündəminə düşüb.

"Ölkə.az" xəbər verir ki, anası mənşəcə iranlı olan Halife 2018-ci ilin sentyabrında Britaniya ordusunda xidmətə başlayıb və məxfi məlumatlara çıxış icazəsi aldıqdan sonra bir ildən artıq xüsusi hazırlıq keçərək Staffordda yerləşən 16-cı rabitə alayına göndərilib.

İttiham tərəfinin iddiasına görə, Halife 2019-cu ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli iranlı şəxsə çıxış əldə edib. O, sonradan “saxta sənəd” adlandırdığı ən azı bir məxfi sənədi ötürüb və bunun müqabilində Londondakı Mill-Hill parkında gizlədilmiş yerdən 1500 funt sterlinq alıb. Bundan başqa, o, hərbi bazadakı məlumat bazasından hərbçilərə aid identifikasiya məlumatlarını da İran tərəfinə verməkdə ittiham olunub.

Maraqlıdır ki, Halife daha sonra MI6-nın rəsmi internet saytı vasitəsilə müraciət edərək İran hökuməti ilə əlaqədə olduğunu bildirib və özünü “ikiqat agent” kimi təklif edib.

2023-cü ilin yanvarında istintaq çərçivəsində kazarmada saxlanılan Halife ilk qaçışını da elə burada həyata keçirib. O, yoxa çıxmasını çətinləşdirmək və istintaqı gecikdirmək məqsədilə otağında saxta partlayıcı qurğu maketi quraşdırıb. Bir müddət sonra isə qonşu Stoun şəhərində tutulub.

Lakin ən səs-küylü qaçış sentyabrın 6-da, Londonun HMP Wandsworth həbsxanasında baş verib. Məhkəməni gözlədiyi dövrdə mətbəxdə işləmək imkanı qazanan Halife özünü çarşaflarla ərzaq daşıyan yük maşınının altına bağlayaraq həbsxana qapılarından keçib. O, Londonun mərkəzində işıqforda maşının altından çıxaraq piyada qaçıb.

Halife üç gün ərzində gizlənib, nağd pulla yeni geyim və mobil telefon alıb, Londonun müxtəlif yerlərində müşahidə kameralarına düşüb. Nəhayət, sentyabrın 9-da mülki geyimli metropoliten polisi detektivi tərəfindən Nortxoltda səkidə velosiped sürərkən saxlanılıb.

2024-cü ilin noyabrında məhkəmə Daniel Halifeni İranın xeyrinə casusluqda təqsirli bilib. O, yekunda 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri