Keçmiş məcburi köçkün: Müəllimlik fəaliyyətimi kəndimizdə davam etdirəcəm
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdam, 9 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz bu gün doğma torpaqlara qayıdışın sevincini yaşayırıq. Doğulub boya-başa çatdığımız elimizə-obamıza qayıdırıq. Bu qayıdış üçün Prezidentimizə minnərdarıq. Canları, qanları bahasına bu sevinci bizə bəxş edən şəhidlərimizə, qazilərə borcluyuq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Zəminə Baxşəliyeva deyib.
“1992-ci ildə kəndimizi tərk edib İmişli rayonunda məskunlaşdıq. Çətinliklərimiz çox oldu. Çadırlarda, qamışdan, çiy kərpicdən tikilmiş evlərdə yaşadıq. Artıq bütün çətinliklər geridə qalır. Bundan sonra doğma yurdumuzda bizi gözəl günlər gözləyir. Müəllimlik fəaliyyətimi də kəndimizdə, doğma elimizdə davam etdirəcəm”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















