Keçmiş məcburi köçkünlərə mülkiyyət hüququ ilə bağlı ŞAD XƏBƏR
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi sosial baxımdan çox önəmlidir. Bu, həm də Azərbaycan vətəndaşının konstitusion və mülkiyyət hüququnun ən ali səviyyədə bərqərar və bərpa olunması deməkdir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Azay Quliyev deyib.
“Yenə də dövlətimizin çox ağıllı və müdrik bir yanaşmasını görürük. Sosial tədbirlər həmin məcburi köçkünlük statusunun itirilməsi günündən sonra üç il müddətində davam edir. Bu, ondan xəbər verir ki, dövlətimiz yenə də vətəndaşlarına qucaq açır, sahib durur və qarşıda olan üç il müddətində onların ən müxtəlif sahədə sosial qayğı, məşğulluq tədbirləri ilə bərabər, bu statusu saxlayır”, - deyə o əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 03 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















