Keçmiş məhkum kafedə xuliqanlıq etdi: Həbs olundu
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs olunub.
Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb. Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















