Icma.az
close
up
RU
Keçmiş məhkum qərardan narazıdır KONKRET

Keçmiş məhkum qərardan narazıdır KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə 2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 97 ünvanında qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş Təbriz Həsənov 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirib. Təbriz Həsənov cinayəti əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İstintaqla müəyyən edilib ki, Azər İbrahimovun xalası oğlu saxlanıldığı üçün o, cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi tanışı Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fəhləlik etməsini, ona görə də pulu olmadığını deyib. Bir neçə gündən sonra telefonla danışarkən Azər İbrahimov rayonda olmasını, bu məsələ ilə bağlı Nihat Abbaslı və onun tanışı CaviMəmmədovla birlikdə görüşmələrini təklif edib. Oktyabrın 12-də axşam Bakıxanov qəsəbəsində, dəmiryolu stansiyasında görüşüb, birlikdə Cavid Məmmədovun yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi ev 484-ə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmalı olduğunu tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasına şərait yaratdığına görə, əvvəllər cəzaçəkmə müəssisəsində olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etmələrini bildirib.

Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas almaq məqsədi ilə ayın 13-də günorta zəng edib ona Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının girişində görüşmələrini deyib. Saat 22 radələrində çıxıb kafenin qarşısında söhbət edərkən, bir gün əvvəl ona qarşı edilmiş qeyri-etik hərəkətə görə, hər üçündən üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda, üzərindəki bıçaqla tanışına bir neçə dəfə zərbə vurub. Zərbələrin təsirindən yerə yıxılan tanışının ölmədiyini görüb ona əlavə zərbələr endirib. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə, həmin ərazidən qaçıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Azər İbrahimov orda ölüb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədən səhində 7 ədəd bıçaq yarası aşkar edilib.

Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldümə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Təbriz Həsənov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon Məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 İyun 2026 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri