Keçmiş məhkumda narkotik və avtomat aşkarlandı FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Elməddin Xıdırov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, onun üzərinə və yaşadığı evə baxış zamanı 1 kiloqrama yaxın marixuana, həmçinin “AK-103” markalı avtomat silahı, ona aid 30 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Müəyyən olunub ki, saxlanılan şəxs narkotik vasitə və silahı Ağdərə rayonu ərazisindən taparaq qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Yanvar 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















