Keçmiş məhkumdan beş kiloqram narkotik götürüldü ƏMƏLİYYATIN VİDEOSU
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Yevlaxda 5 kiloqram narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.
Ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 28 Fevral 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















