Keçmiş məktəb direktoru: “Əvvəllər şagirdin qulağını çəkəndə bunu evdə valideynlərinə demirdi“
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Şabran sakini Malik Həmidov olub.
Malik Həmidov ovaxtkı məktəb mühiti ilə indikini müqayisə edib:
"Əvvəllər məktəb direktoru kimi çalışmışam. O vaxtlar təhsil ocaqlarında vəziyyət tamam başqa idi. Uşaqlar da, böyüklər də müəllimə hörmət edirdilər. Şagirdin qulağını çəkəndə bunu evdə valideynlərinə demirdi. Çünki onlar da buna görə uşağı cəzalandırırdılar. Müəllim həm də şagirdin kefi olmayanda başına sığal çəkər, nəvaziş göstərərdi. İndi isə bunu səhv anlayıb "müəllim qızımın başına əl vurdu" deyirlər".
Şabran sakini, həmçinin o dövrün ailə dəyərlərindən bəhs edib:
"Keçmişdə ailələr daha möhkəm idi, boşanmalar az olurdu. Qızla oğlan arasında mübahisə yarananda böyüklər araya girər, onları barışdırardılar. Cavanlar da ağsaqqal-ağbirçək sözünü dinləyərdilər. Ailəni möhkəm saxlayan əsas dəyərlərdən biri hörmətdir. Gəlin evdə qayınana və qayınatasına hörmət göstərməlidir. Çətinliklər olanda dözmək lazımdır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Dekabr 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















