Keçmiş məmura yüksək vəzifə verildi YENİ TƏYİNAT
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Tərtər Peşə Məktəbinə inzibati-təsərrüfat işləri üzrə yeni direktor müavini təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Bəhruz Nəzərov gətirilib.
Qeyd edək ki, Bəhruz Nəzərov 2003-cü ildə Kənd Təsərrüfatı Akademiyasında “İpəkçilik” ixtisası üzrə bakalavriat, 2005-ci ildə isə həmin təhsil müəssisəsində “Biologiya və kənd təsərrüfatı əsasları” ixtisası üzrə magistratura təhsili alıb.
2022-ci ildə “Seleksiya və toxumçuluq” ixtisası üzrə aqrar elmlər sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə Laçın rayonu əsaslı kənd orta məktəbində biologiya müəllimi kimi başlayıb. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə Təcrübə Stansiyasında elmi işçi, Becərmə texnologiyası şöbəsinin müdiri vəzifələrində çalışıb.
Fəaliyyəti dövründə Tərtər Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzində, Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzində direktor, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində direktor müavini və maliyyə-təsərrüfat sektorunun müdiri, eləcə də Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzində direktor vəzifələrində çalışıb.
2024-cü ildən etibarən Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Təhsilalanlarla iş şöbəsinin işəgötürənlərlə iş üzrə mütəxəssisi kimi fəaliyyət göstərib, eyni zamanda “Aqronom texnik” ixtisası üzrə qısamüddətli kurslarda təlimçi müəllim kimi çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 21 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















