Icma.az
close
up
RU
Keçmiş məmurun şirkəti niyə qara siyahıya salınıb? Etibarsız təchizatçı oldu

Keçmiş məmurun şirkəti niyə qara siyahıya salınıb? Etibarsız təchizatçı oldu

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin keçmiş direktoru Əliheybət Şirinovun rəhbəri olduğu "Azrtimont" ASC-nin satınalma müsabiqələrində iştirakına qadağa qoyulub. 

Qaynarinfo xəbər verir ki, "Aztimont" ASC qalib gəldiyi tenderlər üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə etibarsız təchizatçı elan edilib və 30 sentybar 2026-cı ilədək satınalma müsbiqələrində iştirakı yasaqlanıb. 

"Aztimont" ASC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 manatdır. ASC-nin qanuni təmsilçisi Əliheybət Şirnovdur.  

ASC-nin adı bir neçə dəfə dəyişdirilib. Şirkət 2011-ci ilədək "Sabirabad Tikinti-23" ASC, 2011-ci ildən 2021-ci ilədək "Azərtikinti-Quraşdırma-Servis-23" ASC, 2021-ci ildə isə "Aztimont" ASC adlandırılıb. 

Şirkət 2024-2025-ci illərdə 4 tenderin qalibi seçilib. Tenderləri Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər üzrə Nümayəndəliyi və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti keçirib. "Aztimont" ASC bu tenderlər üzrə 24 742 138,01 manatlıq sifariş alıb. 

Şirkətin etibarsız təchizatçı elan edilməsi onun qalib gəldiyi tenderlərin ciddi araşdırılmasını şərtləndirir. Hər halda ortada kifayət qədər böyük məbləğ var və onun taleyinə aydınlıq gətirilməlidir. 

Yeri gəlmişkən, hazırda "Aztimont" ASC-nin 34 630,67 manat vergi borcu var. Bu borc uzun müddətdir ki, vergi sistemində görünür.  

"Aztimont" ASC-nin rəhbəri Əliheybət Şirnova gəlincə, o, 2021-ci ildə "8 saylı Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru vəzifəsində çıxarılıb. 

O, "Aztimont" ASC-yə 2024-cü ildən rəhbərlik etməyə başlayıb. 

Mediada onun haqqında xeyli sayda neqativ materillar yer alılb. Əliheybət Şirinov bəzi materiallarda "tender kralı", bəzi yazılarda isə biznes imperiyasına sahib şəxs kimi təqdim edilib. O, 2017-ci ildə Bakıda Mikayıl Müşfiqin abidəsinin götürülməsi ilə gündəmə gəlib. 

Həmin vaxt bu olay AAYDA-nın rəhbəri Saleh Məmmədovun hədəfə gəlməsinə səbəb olmuşdu. Əliheybət Şirinov da bu hadisənin əsas fiqurantlarından biri idi. Hər halda Saleh Məmmədov bu olaya görə ona xəbərdarlıq etmişdi. 

Seyid 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri