Keçmiş model küçələrdə yaşayır: zibildən qida toplayır
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bir vaxtlar moda və fitnes dünyasının tanınmış simalarından olan Loni Uilison hazırda ABŞ-də küçələrdə yaşamaq məcburiyyətində qalıb.
BAKU.WS xəbər verir ki, bir dövr jurnalların üz qabığında yer alan və fitnes məşqçisi kimi fəaliyyət göstərən keçmiş model hazırda Los-Anceles küçələrində evsiz həyat sürür. O, tez-tez alış-veriş arabası ilə gəzərkən və zibildən qida axtararkən görüntülənir.
1980-ci illərdə doğulan Uillison 2000-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Onun həyatı 2012-ci ildə Ceremi Cekson ilə evliliyindən sonra daha çox diqqət mərkəzinə düşüb.
Bildirilir ki, 2014-cü ildə boşanmadan sonra psixoloji problemlər və asılılıq keçmiş modelin həyatında ciddi dönüş nöqtəsi olub. Nəticədə o, işini, evini və maddi imkanlarını itirib.
Mətbuatda qeyd olunur ki, Uillison uzun müddətdir ona təklif olunan yardımları qəbul etmir. Onun hekayəsi psixoloji problemlər və asılılığın insan həyatına təsirinin ağır nəticəsi kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















