Icma.az
close
up
RU
Menu

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

Təmkin: “Bizə olan inamı doğrultduq”

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

Bakıda McDonald s un yanında yanğın VİDEO

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

Keçmiş nazir rus dilində təhsillə bağlı sirləri açdı: Necə olub? KONKRET

Keçmiş nazir rus dilində təhsillə bağlı sirləri açdı: Necə olub? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Keçmiş postsovet ölkələrindən Estoniyada rus dili təhsil metodikasından çıxarılır. 

Eston rəsmilər 2030-cu ilədək rus dilinin tədrisini sadəcə xarici dil fənni statusuna endirəcək. Bu ölkədə fikir ayrılığının yaranmasına səbəb olub.

Gənc nəsil bu addımı dəstəkləsə də, orta və yaşlı nəsil sözügedən addımı dəstəkləmir. Qeyd edək ki, hazırda Azərbaycanda xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur. Bu gün ölkədə 300-ə qədər məktəbdə təhsil rus və Azərbaycan bölməsi üzrə paralel şəkildə, 17 məktəbdə isə təhsil yalnız rus dilində aparılır.

Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.

KONKRET.az xəbər verir ki, məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur. Orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.

Ekspertlər deyirlər ki, ölkədə xarici dillərə eyni yanaşılmalı, rus dilində olan məktəblərin sayı digər dillərdə olan məktəblərdən çox olmamalı, onlara yaradılan şərait bərabərləşdirilməlidir.

Ümumiyyətlə, rus dilində icbari təhsil qadağan edilə bilərmi?

1998-2013-cü illərdə təhsil naziri olmuş, hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri, professor Misir Mərdanov “Cebheinfo.az”-a məsələ ilə bağlı fikirlərini bildirib:

“Mən təhsil naziri vəzifəsində işləyəndə rus dilini məktəblərdə xarici dil kimi keçməyə başladıq. O, mənim üçün çox ağır bir məsələ oldu. Çünki rus dili dərsi deyən çox sayda müəllimlər ixtisara düşməli oldu və biz bu prosesi yaşadıq. Bu gün ölkədə fəaliyyət göstərən, təlimi Azərbaycan dilində olan məktəblərdə rus dili xarici dil kimi öyrənilir və bu, problem deyil.

Ölkəmizdə dövlət dili Azərbaycan dilidir və “Təhsil haqqında” Qanunda yazılıb ki, ümumtəhsil məktəblərində təhsil dövlət dilində olmalıdır. Ancaq orada qeyd edilir ki, valideynlər və müəyyən qruplar övladlarının başqa dildə təhsil almasını istəsə, onlara şərait yaradılmalıdır. O baxımdam , ölkəmizdə rusdilli, ingilisdilli məktəblər də var.

Bunlar ümumilikdə çox deyil. Mən belə halların olmasını müsbət hesab edirəm. O da bir faktdır ki, təlim rus dilində olan məktəblərin sayı təlimi ingilis dilində olan məktəblərdən çoxdur. Bu da o işin təşkili ilə bağlıdır və təbiidir. Çünki keçmişdə bizim məktəblərin böyük əksəriyyəti təlimi rus dilində aparırdı”.

Keçmiş nazir deyib ki, indi onların sayı azalıb:

“Hazırda da təlimi rus dilində aparan məktəblər var, mən onların sayını dəqiq deyə bilmərəm. O da doğrudur ki, təlimi ingilis dilində olan məktəblər ödənişlidir, rus dilində olanlar isə dövlət məktəbləridir.

İngilis dilində olan məktəblərin ödənişli olması isə özəl olması ilə bağlıdır. İmkanı olan insanlar o məktəbi açır. Rus dilində olan məktəblərə özəl olmasıyla bağlı də şərt qoyulması başqa məsələdir”.

M.Mərdanov ölkəmizdə rus dilinin geniş yayılması fikri ilə razılaşmır:

“Əsasən Bakı, bir də ola bilər bəzi şəhərlərimizdə vətəndaşların müəyyən hissəsi rus dilində danışır. Mən şəxsən hər bir Azərbaycan vətəndaşının ilk növbədə öz ana dilini mükəmməl bilməsinin tərəfdarıyam. Öz ana dilini mükəmməl biləndən sonra  neçə xarici dil bilsə onun və vətənin xeyrinədir”.

Ailədə rus dilində danışılması və uşaqlarını da rus dilində təhsil almasına gəldikdə isə professor deyir ki, şəxsən bunun tərəfdarı deyil:

“Mənim övladlarım da, nəvələrim də təhsili Azərbaycan dilində alıblar. Mən bununla fəxr edirəm. Övladını rus dilində olan məktəbə qoyan valideyn varsa ki, bu, onun öz işidir. Ancaq Azərbaycan vətəndaşının Azərbaycan dilini bilməməsini mən çox mənfi hal hesab edirəm. Nazir işlədiyim dövrdə də iradlarımı bildirmişəm. Azərbaycanda yaşayıb, onun çörəyini yeyib, onun hesabına böyük mənsəb, vəzifə sahibi olmuş, ancaq Azərbaycan dilini bilməyən adamlara görkəmli şairimiz Bəxtiyar Vahabzadənin şeiri ilə cavab verə bilərsiniz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see118

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see116

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

03 İyun 2025 11:47see116

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see115

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see114

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see114

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see114

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

03 İyun 2025 12:06see112

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see111

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

03 İyun 2025 12:21see111

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see111

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri