Keçmiş nazirə 4,5 illik həbs cəzası kəsildi və əfv olundu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyan İrəvanda torpaq sahəsinin mənimsənilməsinə görə 4,5 il həbs cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, məhkəmə onun amnistiyasını da təmin edib.
Məhkəmə nazirliyin keçmiş rəhbərinin İrəvan Çaykovski Musiqi Məktəbinə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün cinayət sxemində iştirak etdiyini müəyyənləşdirib.
Əvvəllər Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da bu işdə iştirak ediblər. Sonradan onlara qarşı cinayət təqibi dayandırılıb.
İş materiallarına görə, 2012-ci ildə təqsirləndirilən şəxslər hökumətə 800 milyon dram (təxminən 2 milyon dollar) dəyərində "Kitab Dünyası" çoxfunksiyalı kompleksinin tikintisi üçün uydurma investisiya proqramı təqdim ediblər. Müstəntiqlərin fikrincə, bu, Çaykovski Musiqi Məktəbinə məxsus 300 kvadratmetrlik torpaq sahəsinin saxtakarlıqla ələ keçirilməsinə imkan verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 31 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















