Keçmiş “Sepah” generalı Azərbaycana eyham vurdu: “İran torpaqlarını vəd etmişdilər”
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
"Düşmənlər 12 günlük müharibədən əvvəl bəzi qonşulara torpaq vəd etmişdilər".
"Yeni Sabah" entekhab-a istinadla xəbər verir ki, bunu keçmiş "Sepah" komandiri Möhsen Rezayi deyib.
Düşmənlər hətta bəzi şimal və cənub qonşularına torpaq vədləri vermiş və İranın işinin bitdiyini güman etmişdilər", - deyə keçmiş İnqilab Keşikçiləri Korpusu generalı Kirman vilayətində "Bəsic" qüvvələrinin toplantısında vurğulayıb.
Rezayi qeyd edib: "Ancaq onların səhvi İran xalqını tanıya bilməmələri və böyük İran ölkəsinin son 300 ildəki vəziyyətə qayıtmayacağını başa düşməmələri idi".
Onun fikrincə, onların düşmənçiliyinin arxasında duran fəlsəfə İranın tərəqqisinə mane olmaqdır: "Çünki onlar zəngin tarixə malik bir ölkənin irəliləyəcəyi təqdirdə Qərbi Asiyanın mühüm və zəngin regionu üzərində hökmranlığına mane olacağından ehtiyat edirlər".
M. Rezayinin çıxışında "şimal qonşusu" dedikdə Azərbaycanı və "cənub" sözü altında ərəb ölkələrini nəzərdə tutduğu anlamına gəlir.
İbrahim Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 27 Noyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















