Icma.az
close
up
RU
Keçmiş separatçının meyiti tualetdə tapıldı: Rusiya axtarışa vermişdi

Keçmiş separatçının meyiti tualetdə tapıldı: Rusiya axtarışa vermişdi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ötən gün həbsdən qaçaraq Ermənistanın Sankt-Peterburqdakı Baş Konsulluğunda gizlənən və Qarabağda ləğv edilmiş qondarma rejimin “Daxili İşlər Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidməti”nin keçmiş direktor müavini Boris Avaqyan intihar edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya mediası xəbər yayıb. 

Qeyd edilir ki, sentyabrın 24-də səhər saatlarında Sankt-Peterburqun Vasilyevski adasındakı Ermənistan konsulluğunun tualetində 43 yaşlı Ermənistan vətəndaşı Boris Avaqyan ölü tapılıb. Bir gün əvvəl o, həbs olunacağı məhkəmədən qaçaraq konsulluqda gizlənib. Məhkəmənin Avaqyan barəsində gömrükdən yayınma maddəsi ilə həbs qətimkan tədbiri seçəcəyi gözlənilirdi. 

Həmin gecə o, özünü diplomatik nümayəndəliyin tualetinə bağlayıb və konsulluq işçilərinin tələblərinə baxmayaraq çölə çıxmayıb. Səhər diplomatlar onun ekstradisiyası ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıblar. Nəhayət, Avakyan tualetin qapısının arxasından cavab verməyi dayandırdıqda, onu zorla açmaq lazım gəlib. Bu zaman içəridə onun cəsədi aşkar edilib. 

Qeyd edək ki, Boris Avakyan 2010-cu ildə Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə ofisinin rəis müavini vəzifəsində çalışıb. 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqdan istifadə və mühafizə üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin rəis müavini olub. 

2024-cü ilin aprelindən Avakyan və daha bir neçə nəfər barəsində ittiham aktı üzrə iş məhkəməyə verilib. İşdə ümumilikdə 21 nəfər iştirak edir. Bu il avqustun 22-də cavabdeh Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Onun işi dayandırılıb və Avakyan həbsdən azad edilib. 

“Bu gün Avakyanın Ukraynada müharibəyə getməkdən imtina etməsi ilə əlaqədar bu müqaviləyə xitam verilməsi ilə əlaqədar işin bərpası ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə iclasında həbs qətimkan tədbiri ilə bağlı məsələ də baxılıb. Məhkəmə qərardad çıxarmaq üçün müşavirə otağına gedib.

Bu müddət ərzində Avakyan məhkəməni tərk edib və o, daha sonra məhkəməyə müraciət etməyib. Məhkəmə işin bərpasına və təqsirləndirilən şəxsin həbsinə qərar verib”, - deyə o bildirib. Qaçaraq konsulluqda gizlənmiş Avakyan orada intihar edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri