Keçmiş şöbə müdirinin Dubaydakı gizli əmlakı KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Sənaye və Ticarət Nazirliyinin keçmiş departament direktoru Dmitri Kolobovun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) daşınmaz əmlaka sahib olduğu məlum olub.
KONKRET.az 32gun.az bildirir ki, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar Kolobovun Dubayda mülkünün olduğunu, həyat yoldaşının isə BƏƏ-də yaşamaq icazəsinə sahib olduğunu təsdiqləyir.
Bundan əlavə, sabiq məmurun Moskva yaxınlığındakı Skolkovoda dəyəri 500 milyon rubl olan dəbdəbəli bir evi də aşkar edilib.
Xatırladaq ki, bir gün öncə Moskva məhkəməsi Dmitri Kolobovu dələduzluq ittihamı ilə həbs edib. O, idxalı əvəzləmə proqramları çərçivəsində ayrılmış dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırılır. İstintaqın məlumatına görə, təkcə böyüklər üçün nəzərdə tutulmuş və yerli sellülozdan istehsal edilməli olan uşaq bezi layihəsi ilə bağlı epizodda dövlətə 50 milyon rubldan çox ziyan vurulub. İlkin hesablamalara görə, sabiq direktorun törətdiyi iddia olunan ümumi zərərin həcmi 1 milyard rubla çata bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 18 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















