Icma.az
close
up
RU
Keçmiş vitse prezidentdən sensasion açıqlama: Onu heç Özbəkistanda tanıyan yoxdur VİDEO

Keçmiş vitse prezidentdən sensasion açıqlama: Onu heç Özbəkistanda tanıyan yoxdur VİDEO

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün Azərbaycan boksu çox pis vəziyyətdədir”.

Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının (ABF) kemiş vitse-prezidenti, əməkdar məşqçi Zakiq Quliyev bildirib. 

Onun sözlərinə görə, boksun inkişafdan qalmasının başlıca səbəbi peşəkarların bu sahədən uzaqlaşdırılmasıdır. Bundan başqa, Zakir Quliyev hesab edir ki, boks üzrə milli komandanın təlim-məşq toplanışları yalnız baş məşqçinin iştirakı ilə keçirilməməlidir: “Təlim-məşq toplanışlarına digər məşqçilər də dəvət olunmaılıdır. Bizim dövrümüzdə belə idi. Məşqçi öz tələbəsi ilə işləməlidir. Bütün dünyada belədir. Amma indi təlim-məşq toplanışlarını qapalı keçirirlər. Heç kimi dəvət etmirlər”.

Zakir Quliyevin fikrincə, bosk üzrə nəticələrin aşağı olması da bununla bağlıdır. “Boks inkişafdan qalıb. Medal gətirə bilmirik. Mötəbər turnirlərdə yalnız legionerlər medal gətirir. Bəs hardadı Azərbaycan boksçuları?”, - deyə əməkdar məşqçi vurğulayıb. 

Keçmiş vitse-prezident boks üzrə milli komandanın baş məşqçisinin Özbəkistandan gətirilməsinə də toxunub: “Məgər Azərbaycan məşqçi yoxdur? Özü də mən maraqlanmışam ki, o adamı heç məşqçi kimi Özbəkistanda belə, tanımırlar. Gah da kubalı gətirirlər. Nəyə lazımdır axı bütün bunlar? Bizim öz məşqçilərimiz var. Onların nəyi əskikdir ki?”

Zakir Quliyev 1996-2009-cu illərdə ABF-nin vitse-prezidenti vəzifəsində işləyib. Boks mühitində kifayət qədər nüfuzu olan Zakir Quliyevin dövründə Azərbaycan boksçuları bir çox uğurlara imza atıb. Ölkənin tanınmış boksçuları Ağasi Məmmədov, Əli İsmayılov, Məmmədrəsu Məcidov, Fuad Aslanov, Samir Məmmədov, Şahin İmranov və digərləri məhz Zakir Quliyevin ABF-də rəhbər vəzifə tutduğu dönəmdə yüksək nəticələr göstəriblər. 
Zakir Quliyevin video-müsahibəsi idman bloggeri Ramil Məmmədzadənin “Tik-tok” platformasındakı MR.Boxer səhifəsində yayımlanıb. 

Həmin videonu təqdim edirik:

@mr.boxeer Boks Federasiyasının keçmiş vitse-prezidenti Zakir Quliyev Azərbaycan boksundan danışır #medya #boks #azerbaycan #xeberler ♬ mr.boxeer - orijinal ses - mr.boxeer

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri