Keçmiş YAP funksionerinin oğlu məhkəmə zalında həbs edildi
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq vəzifəli şəxsin oğlu Şamil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Şamil Cəfərzadə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ittihama görə, Şamil Cəfərzadə dayısına qarşı dələduzluq edib. Belə ki, xarici ölkədə yaşan dayısı Farxad Mamedov Azərbaycanda açdığı şirkət üçün “Azinko” yeni tikili binada 165 kvadratmetr sahəlik mənzili 3 ədəd qarajla birlikdə alınması üçün ona 220 min dollar verib. Lakin Şamil Cəfərzadə həmin vəsaiti talayıb.
Cinayət işi üzrə təqsirləndirilən Şamil Cəfərzadə özünü iş üzrə təsirli bilməyib və irəli sürülən ittihamları qəbul etməyib.
Təqsirləndirilən Şamil Cəfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) ittiham irəli sürülüb.
Şamil Cəfərzadə Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sabiq sədri Elçin İsmayılovun oğludur./APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















