Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Keçmişlə gələcəyin qovuşduğu məkan: Sabancı Muzeyində bir gün

Keçmişlə gələcəyin qovuşduğu məkan: Sabancı Muzeyində bir gün

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Günəşin zərif şəfəqlərinin müşayiəti ilə Emirgan sahilində yeriməyə başlayıram. Qarşıma səssiz, lakin əzəmətli bir məkan çıxır: Sabancı Muzeyi - sanki İstanbulun mədəniyyət damarında yavaş-yavaş döyünən bir ürək.

"Seranit Azərbaycan"ın təşkil etdiyi mediatur çərçivəsində şahidi olduğum tarixin bu parçası keçmişlə gələcəyin qovuşduğu bir məkandır.

1927-ci ildə italyan memar Eduard De Nari tərəfindən inşa edilən köşkün ilk sahibləri Misir Hıdiv ailəsi olub. Uzun illər yay iqamətgahı kimi istifadə edilən villa qısa müddət ərzində həm də Monteneqro səfirliyi kimi fəaliyyət göstərib.

1950-ci ildə Hacı Ömər Sabancı tərəfindən Hıdiv ailəsindən satın alınan ərazi həmin il bağçasına yerləşdirilən fransız heykəltəraş Lui Dumanın 1864-cü ilə aid at heykəlinə görə "Atlı köşk" adlandırılmağa başlanılıb. Ərazidəki ikinci at heykəli isə 1204-cü ildə IV səlib yürüşü zamanı səlibçilər tərəfindən qarət edilib Venesiyadakı San-Marko kilsəsinin önünə yerləşdirilən dörd atdan birinin surətidir.

1966-cı ildən etibarən köşkdə yaşayan Sakıp Sabancı 1998-ci ildə zəngin xəttatlıq və rəsm kolleksiyası ilə birlikdə köşkü içindəki əşyalarla bərabər muzeyə çevrilməsi üçün Sabancı Universitetinə təhvil verib. Müasir bir qalereyanın əlavə edilməsi ilə muzey 2002-ci ildə ziyarətə açılıb, 2005-ci ildə aparılan yenidənqurma işləri nəticəsində sərgi sahələri genişləndirilib və texniki baxımdan beynəlxalq standartlara uyğun hala gətirilib.

Sabancı muzeyindəki kolleksiya insanı sözün əsl mənasında zamanın içində gəzməyə məcbur edir. Muzeydə ən möhtəşəm guşələrdən biri isə Osmanlı dövrünün nadir kalliqrafik əsərləri və Quran nüsxələridir.

Muzeyin daimi kolleksiyası ilə yanaşı, dünyanın dörd bir yanından gətirilən müasir və klassik sərgilər də burada yer alır: Pikasso, Mone, Qoyya... Bu baxımdan, Sabancı Muzeyi təkcə gözlə baxılan yer deyil, həm də ruhla yaşanılan bir məkandır.

Elə içəri daxil olanda da buranın, sadəcə, divarlardan ibarət olan bir bina deyil, həm də keçmişin nəfəsi ilə bu gün arasında körpü salan mənəvi bir ziyarətgah olduğunu anlayırsan. Boğazdan gələn dəniz qoxusu, köhnə İstanbulun pıçıltısı, taxta döşəmənin nostalji sədası və s. - hamısı birləşib səni tarixdən zövq almağa vadar edir.

Gəzinti əsnasında bir otağa daxil oluram. Başdan-başa tarix, dinclik, nostalji və sənət. Davamlı səslənən ney musiqisinin fonunda otaqda gəzməyə başlayıram. Osmanlı irsi, xəttatlıq sənəti, nadir Quran nüsxələri və səni addım-addım izləyən melodiya fonundakı dinclik. Bir anlıq özünü "zaman maşını"nda hiss edirsən.

Osmanlı kalliqrafiyasına aid bir əsər qarşısında dayanıram. Qızılı naxışlar içində yazılmış "Bismillahir-Rəhmanir-Rəhim" sözü ilk baxışda sadə görünsə də, əslində, sükutun içində yatan bir səltənət kimidir. Çünki burada Allahın adını yazan adam, sadəcə, əlləri ilə deyil, həm də qəlbi ilə yazıb. Sanki o mürəkkəb kağıza deyil, zamanın ruhuna hopub. Həmin an hiss edirəm ki, bu yazıya baxmaq, sadəcə, bir sənət əsərinə tamaşa etmək deyil, bu, əsrlərlə göz-gözə dayanmaqdır. Onun susqunluğunda sultanların əmrləri, dərvişlərin nəfəsləri, İstanbulun minarələrindən yüksələn azan səsləri var. Sanki sən bu yazının qarşısında nə qədər dayanırsansa, tarix də bir o qədər səni içinə çəkir. Sonda isə yalnız bir nöqtə qalır: Allah və sən.

Muzeyin rəqəmsal arxivi isə minlərlə sənət nümunəsini onlayn mühitdə əlçatan edir ki, bu da gələcək nəsillərə atılmış mədəni körpüdür. Və nəhayət hiss edirsən ki, sənət əbədi deyil, elə əbədiyyətin özüdür.

Muzeydən çıxıb dəniz sahilində gəzərkən düşünürəm ki, əslində, keçmişlə bu günün qucaqlaşması tarixin və o tarixin yaşadığı yerin elə özüdür. Bu, təmkinli, zərif və səssiz bir çağırışdır. Lakin bu çağırış hər kəs üçün deyil, yalnız eşitmək və görmək istəyənlər üçündür.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see510

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see330

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see157

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri