Kefimdən boşanmamışam, onunla yaşamaq... Deputat ilk evliliyindən danışdı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mən qızımla bağlı mövzunu özüm üçün bağlamışam”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Elman Nəsirov “Kanal S”ə müsahibəsində deyib.
O qeyd edib ki, birinci evliliyindən olan qızı Laləzar Əliyeva ilə bağlı məsələ qəfil başladı:
“İlk evliliyim 3-4 il davam edib, sonra ayrılmışıq. Qanuni çərçivədə nə öhdəliyim varsa, hamısını icra etmişəm. Sadəcə məlum təzyiqlər fonunda hadisə birdən-birə baş verdi və eyni formada da dayandı. Mən faktla danışıram, həmin vaxt da dedim ki, onların 5 evləri var. Laləzarla hər şey qaydasında olub, hətta keçən il yenə ev alıblar”.
Millət vəkili bildirib ki, hazırda məlum mübahisələrdən sonra qızı ilə ünsiyyəti yoxdur:
“Amma bundan əvvəl olub. Ümumiyyətlə, birinci evliliyimdə kefimdən boşanmamışam, sadəcə olaraq qarşı tərəfdə psixi pozuntular üzə çıxdı. Uşaq vaxtı keçirib, sonra müalicə olunaraq düzəlib, yenə ortaya çıxıb. Yaşamaq mümkün deyildi. Həmin durumda mən hələ 4 il dözdüm ki, bəlkə sağalar”.
Xatırladaq ki, oktyabr ayında deputat Elman Nəsirovun ilk nikahından doğulan qızı Laləzar Əliyeva atasını ittiham edərək, ona zamanında aliment ödəmədiyini və ev vermədiyini demişdi. E.Nəsirov isə qızının ittihamlarının əsassız olduğunu bildirmişdi.
Günel Cəlil
Globalinfo.az
Baxış sayı:70
Bu xəbər 21 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















