Kəlağayı Azərbaycan qadınının zərifliyini təcəssüm etdirir...
Icma.az bildirir, Axar.az portalına istinadən.
Milli geyimlərimizin, xüsusilə də kəlağayımızın təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi bizim əsas məqsədlərimizdəndir. Çünki milli irsimiz xalqımızın tarixini, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan mühüm mənəvi sərvətdir.
Axar.az xəbər verir ki, bu fikirləri Teleqraf-a açıqlamasında İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova deyib.
O bildirib ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mədəni dəyərlərimizi və əsrlərdən süzülüb gələn sənət ənənələrimizi təcəssüm etdirir:
“Bu irsin qorunması yalnız mədəniyyətimizin yaşadılması deyil, həm də milli kimliyimizə və tarixi yaddaşımıza sahib çıxmaq deməkdir. Bu məqsədlə il ərzində müxtəlif tədbirlər təşkil edir, milli geyimlərimizi və kəlağayımızı təbliğ edirik. İstəyimiz bu dəyərləri sadəcə nümayiş etdirmək deyil, onların mahiyyətini gənclərə aşılamaq və milli irsimizi gələcəyə daşımaqdır”.
T.Orucova vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və milli birliyimizin yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır:
“Çünki öz tarixinə və mədəniyyətinə sahib çıxan xalq öz kimliyini də qoruyur. Bizim üçün milli geyimlərimiz və kəlağayımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, kimliyimizin və dövlətçilik ruhumuzun ifadəsidir. Əsas məqsədimiz bu zəngin irsi yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə bütöv şəkildə ötürməkdir”.
Baxış sayı:88
Bu xəbər 14 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















