Icma.az
close
up
RU
Kəlağayı milli irsimizin yaşadılan ənənəsi VİDEO

Kəlağayı milli irsimizin yaşadılan ənənəsi VİDEO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Kəlağayı Azərbaycan xalqının milli kimliyini, zərifliyini və əsrlərdən süzülüb gələn sənətkarlıq ənənələrini özündə birləşdirən mənəvi sərvətimizdir. İpəyin zərifliyində, naxışların ahəngində, rənglərin harmoniyasında yaşanan bu sənət xalqımızın mədəni yaddaşının ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, milli irsimizin qorunması və təbliği üçün bu dəyərləri yaşatmalı, gündəlik həyatımızın bir parçasına çevirməli və gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü xalqımızın qədim ənənələrinin yaşadılması və müasir cəmiyyətdə təbliği baxımından diqqətçəkən təşəbbüs olub.

Milli geyimlərdə olan qadınların kəlağayılarla yürüşdə iştirakı Azərbaycan ənənələrinin canlı nümayişinə çevrilib. Müxtəlif rəng və naxışlarla seçilən kəlağayıların nümayişi milli geyim mədəniyyətimizin zənginliyini, xalq sənətimizin özünəməxsusluğunu və ənənələrimizin bu gün də yaşadıldığını əks etdirib. Yürüş zamanı şəhər sakinləri ilə yanaşı, xarici turistlər də bu mənzərəyə maraq göstəriblər. Azərbaycan milli geyimlərini və kəlağayıları maraqla izləyən turistlər iştirakçılara yaxınlaşaraq bu ənənənin tarixi və əhəmiyyəti haqqında məlumat alıb, xatirə şəkilləri çəkdiriblər. Onlar milli geyimlərimizin və kəlağayıların gözəlliyini, rəngarəngliyini və özünəməxsusluğunu xüsusi vurğulayıblar.

Turistlərin marağı bir daha göstərib ki, milli irsimizin açıq məkanlarda nümayişi Azərbaycan mədəniyyətinin xarici qonaqlara tanıdılması üçün əlverişli imkan yaradır. Kəlağayı bu mənada keçmişimizlə bu günümüz arasında əlaqə yaradan, milli kimliyimizi ifadə edən və mədəniyyətimizi dünyaya tanıdan rəmzlərdən biridir.

“Kəlağayı" yürüşünün əsas məqsədlərindən biri milli irsimizin gənc nəslə tanıdılması, gənclərin Azərbaycan mədəniyyətinə, milli geyimlərimizə və ənənəvi sənət növlərimizə marağının artırılmasıdır. Çünki mədəni irsin davamlılığı onun yalnız qorunmasından deyil, həm də yeni nəsillər tərəfindən tanınmasından, mənimsənilməsindən və yaşadılmasından asılıdır. Bu cür təşəbbüslər gənclərə milli dəyərlərimizi daha yaxından tanımaq, onların tarixi köklərini anlamaq və bu irsin gələcək daşıyıcıları olmaq imkanı verir.

Azərbaycan kəlağayı sənətinin 2014-cü il noyabrın 26-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu hadisə xalqımızın əsrlər boyu qoruyub saxladığı sənət ənənələrinin bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsi kimi əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, belə bir irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərin vacibliyini bir daha ön plana çıxarır.

“Kəlağayı" yürüşü bir daha xatırladır ki, milli dəyərlərimiz bu günümüzün və gələcəyimizin də ayrılmaz hissəsidir. Onları qorumaq, tanıtmaq və yaşatmaq hər birimizin mədəni irsimizə münasibətindən başlayır. Kəlağayının hər yeni nəsil tərəfindən tanınması və sevilməsi isə bu qədim sənətin gələcəyə uzanan yolunun davam etməsi deməkdir.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Tofiq Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri