Icma.az
close
up
RU
Kəlbəcər Ağdərə səfərləri Qarabağda sabitliyi və yeni reallıqları bir daha nümayiş etdirdi ŞƏRH

Kəlbəcər Ağdərə səfərləri Qarabağda sabitliyi və yeni reallıqları bir daha nümayiş etdirdi ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan xalqı bu il 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan qurtardı və ədalət bərpa olundu. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.

Azərbaycan dövləti Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi üstünlüyü davam etdirərək 2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi. Bu əməliyyat nəticəsində bölgədə qeyri-qanuni silahlı birləşmələr tərk-silah olundu, konstitusiya quruluşumuz tam bərpa edildi, dövlət suverenliyi bütün Qarabağ ərazisində təmin olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.

O bildirib ki, Qələbədən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərqərar olunması idi. Son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində bu hədəflərin reallaşmasında böyük nailiyyətlər əldə olunub.

Deputat qeyd edib ki, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın regionda dayanıqlı sabitliyini təmin etmək istiqamətində atdığı ən mühüm tarixi addımlardan biri oldu. Bu Bəyannamə 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqi müstəvidə təsbit etməklə yanaşı, bölgədə qarşıdurmaların birdəfəlik aradan qalxmasına zəmin yaratdı. Birgə Bəyannamə yalnız Azərbaycanın suverenliyini möhkəmləndirmədi, həm də “Böyük Qayıdış” prosesinə əlavə hüquqi təminatlar verdi. Çünki məhz sülhün bərqərar olması azad edilmiş torpaqlara qayıdan əhalinin təhlükəsizliyi və rifahı üçün əsas şərtdir.

“Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfər “Böyük Qayıdış” Proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir. Bu səfər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.

Ümumiyyətlə, Qələbədən ötən beş ildə Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılıb. Prezident və birinci xanımın səfər zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi”, - deyə Siyavuş Novruzov bildirib.

“Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə Ermənistanla sülh müqaviləsinin müəllifinin də Azərbaycan olduğunu, o bəndlərin tərtibatında da bizim mövqeyimizin hər zaman əsas götürüldüyünü bildirib: “Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi..... Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

Kəlbəcər şəhər sakinləri ilə görüşdən sonra isə dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun, Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahələrində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, onlarla söhbət ediblər”, - deyə deputat diqqətə çatdırıb.

Onun sözlərinə görə, Kəlbəcər və Ağdərə bu gün Qələbənin, təhlükəsizliyin, sülhün və dirçəlişin birgə təcəssümünə çevrilərək Azərbaycanın gələcək inkişaf yolunun canlı simvoluna dönüb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. İşğaldan azad olunmuş ərazilərimiz “Böyük Qayıdış” layihəsi çərçivəsində gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri