Icma.az
close
up
RU
Kəlbəcər bir daha heç vaxt erməni işğalı altına düşə bilməz ŞƏRH EDİLDİ

Kəlbəcər bir daha heç vaxt erməni işğalı altına düşə bilməz ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“1993-cü ildə Kəlbəcərin işğalı ermənilər üçün böyük strateji əhəmiyyəti olan bir hadisə idi. Çünki Kəlbəcərin işğalı ilə ermənilər çox böyük bir cəbhədə, uzun bir ərazidə Azərbaycan sərhədlərini tamamilə öz nəzarətlərinə keçirdilər. Kəlbəcərdən başlamış Araz çayına qədər təxminən 1000 km-ə qədər olan məsafə onların nəzarətinə keçdi və bu Qarabağ üçün açıq qapı rolunu oynamağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Kəlbəcəri işğaldan azad etməsi strateji maraqlarımız üçün önəmli bir hadisə idi: “Kəlbəcərin işğaldan azad edilməsi bizim sərhədlərimizin tam şəkildə Azərbaycanın nəzarəti altına keçməsini təmin etdi. Eyni zamanda Kəlbəcərin azadlığı dünyada erməni lobbisinə, erməni diasporuna və Ermənistan dövlətinə çox böyük bir zərbə oldu. Bu gün Kəlbəcərdə həyata keçirilən quruculuq işləri bütün Azərbaycanın sosial-iqtisadi inkişafının tərkib hissəsi kimi baxılmalıdır. Eyni zamanda Kəlbəcərin gözəl təbiəti, turizm imkanları, həmin ərazinin insanlarının zəhmətkeşliyi, həmçinin kənd təsərrüfatı üçün yararlı şəraiti Azərbaycan iqtisadiyyatı üçün çox böyük önəmə malikdir”.

Siyasi şərhçi qeyd edir ki, Azərbaycan dövləti, şəxsən Prezdent İlham Əliyev Kəlbəcərin bərpa olunmasına, oranın əvvəlinkindən də gözəl mənzərəyə qaytarılması üçün əlindən gələni edir: “Bütün Azərbaycanda bilir ki, Kəlbəcər həm ölkəmizin təbiət muzeyidir, həm gözəl guşələrindən biridir, həm də Ermənistanla sərhəddə qala bürclərindən biridir. Əgər Kəlbəcərlə bağlı ermənilər tərəfindən xoşagəlməyən addım atılarsa, bütün Azərbaycanın müdafiəyə qalxmasına səbəb olacaq. Eyni zamanda Kəlbəcərdə bu gün, həm iqtisadi cəhətdən, həm təhlükəsizlik nöqteyi nəzərdən həyata keçirilən işlər oranın müdafiəsi deməkdir. Hətta ən kənar müşahidəçinin qiyməti bundan ibarətdir ki, Kəlbəcər bir daha heç vaxt erməni işğalı altına düşə bilməz. Çünki Kəlbəcərin iqtisadi-sosial bərpası ilə onun hərbi-təhlükəsizlik müdafiəsi paralel gedən bir prosesdir. Kəlbəcərdə Azərbaycanın gördüyü işlərin strateji əhəmiyyəti vardır. Kəlbəcər Azərbaycanın istirahət, turizm, eyni zamanda əlverişli aqrar inkişaf imkanlarına malik olan bir bölgəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri