Icma.az
close
up
RU
Kəlbəcər: Dağların qoynunda yeni şəhərsalma mərhələsi

Kəlbəcər: Dağların qoynunda yeni şəhərsalma mərhələsi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

“Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi.” Dövlət başçısı İlham Əliyev avqustun 21-də dogma yurd-yuvasına qayıdan Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə onu da qeyd etdi ki, bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və bundan sonra da sülh şəraitində yaşayacaq.  Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır.

2023-cü ildə rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələr Azərbaycan ərazisindən çıxarıldı. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı vurğulayır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız  işimizin  yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Azərbaycan üç il ərzində bunu sülh yolu ilə həll etmək istəyirdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmaması, bununla bərabər mütəmadi hərbi təxribatlar törətməsi 2023-cü ilin sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsinə gətirib çıxardı. Ermənistan 30 illik işğal dövründə də eyni addımları ilə diqqətdə idi. Danışıqlara imitasiya naminə qatılıb yeni ərazilər uğrunda müharibə planları hazırlamaq üçün vaxt qazanırdı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 gündə Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistan diz çökdü, kapitulyasiya aktını imzalamağa məcbur oldu. 

İşğalçı dövlət 30 illik işğal zamanı havadarlarının dəstəyinə arxalanaraq BMT qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququ kobud şəkildə pozdu. Onun atdığı hər bir addım beynəlxalq hüquqa zidd olsa da əksər dünya gücləri bunu görməzdən gələrək Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırlamasına səbəb oldular. Dövlət başçısı İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə də bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara bir məqsədlə pulsuz verilirdi: İşğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdi. Cənab İlham Əliyev kəlbəcərlilərlə görüşündə də bu çağırışı etdi ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.

Bu gün qürurla ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından, Azərbaycan Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanmasından, bu torpaqlarımızın cənnət məkana çevrilməsindən bəhs edirik. Tarixi ədalətə söykənən zəfərlərimiz davamlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Avqust 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri