Kəlbəcər gününə həsr olunmuş qaçış yarışı keçirilib VİDEO
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Kəlbəcər Şəhər gününə ( Kəlbəcərin azad olunmasının il dönümü) həsr olunmuş 30 km-lik kütləvi qaçış yarışı keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdən öncə idmançıları Bakı Bulvarındakı "7 Gözəl" fəvvarəsinin qarşısında Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev salamlayıb.
O, Kəlbəcər şəhər günü münasibəti ilə iştirakçılara təbriklərini çatdırıb. İdmançılar klubun baş məşqiçisi Namiq Əsədovun təlimatı ilə isinmə hərəkətlərini icra ediblər. Daha sonra dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qaçışa "7 Gözəl" fantanının qarşısından start verilib. Qaçış Baku Kristal Holun qarşısından geri dönməklə 3 dairə olmaqla 30 km məsafəni əhatə edib.

Tədbir gözəl Bakı Bulvarında istirahət edən yerli sakinlər və turistlərə yüksək əhval ruhiyyə bəxş edib. Qaçış tədbiri müvəffəqiyyətlə başa çatıb. Rəhbərlik bütün idmançılara təşəkkürünü bildirib, belə kütləvi qaçışların əhalinin fiziki aktivliyinin artması üçün əla təbliğat olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















