Icma.az
close
up
RU
Kəlbəcər ölkə iqtisadiyyatına 2 3 faiz töhfə verə bilər

Kəlbəcər ölkə iqtisadiyyatına 2 3 faiz töhfə verə bilər

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi – məskunlaşma da sürətlə davam edir. Avqustun 20-də Kəlbəcər şəhərinə ilk köç karvanı yola salındı və dövlət başçısı Kəlbəcər rayonuna səfər edərək, Kəlbəcərin işğaldan sonrakı ilk sakinləri ilə görüşdü. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni bir mərhələnin başlanğıcını qoyur, yeni bir inkişaf tendensiyası başlayır. Kəlbəcər rayonunda da yeni yaşayış kompleksinin, istirahət parkının bünovrəsi qoyuldu, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı edildi, eyni zamanda dövlət başçısı rayona gediş-gəlişi asanlaşdıran Toğanalı-Murovdağ-İstisu Tunelinin texniki açılışını da etdi. Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı, Kəlbəcərin Azərbaycan iqtisadiyyatına, ölkəmizin digər ərazilərinə daha yaxından inteqrasiya imkanları yarandı.

Bütün bunlarla bağlı, kəlbəcərli alim, iqtisad elmləri doktoru Aqil Əsədov bildirir ki, son dövrlər işğaldan azad edilmiş ərazilərdə məskunlaşma aparılmışdır, yalnız Kəlbəcərdə məskunlaşma yox idi. Bir neçə aydır ki, “Kəlbəcərə koç başlayır”, “Kəlbəcər doğma sakinlərini qəbul etməyə hazırdır”, “Kəlbəcərə köçlə bağlı püşkatma keçirildi” və s. kimi informasiyalar mətbuatda geniş yayılırdı və xalqımız, xüsusilə də kəlbəcərlilər bu köçü səbrsizliklə gözləyirdilər. Nəhayət, 20 avqust tarixində - rayonun işğalından 32 il sonra Kəlbəcərdə canlanan həyat hamımızı çox sevindirir və BÜTÜN BUNLARA GÖRƏ MÜZƏFFƏR ALİ BAŞ KOMANDANA SONSUZ TƏŞƏKKÜRLƏRİMİZİ, MİNNƏTDARLIĞIMIZI BİLDİRİRİK. KƏLBƏCƏRƏ KÖÇ MİLYONLARIN QƏLBİNDƏN KƏLBƏCƏRSİZ GÜNLƏRİN KÖÇÜDÜR, ARTIQ YENİ HƏYAT – KƏLBƏCƏRLİ HƏYAT BAŞLAYIR.

Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı rayonun inkişaf perspektivləri, relyefi, coğrafi şəraitə uyğun memarlıq ənənələri araşdırılıb və necə deyərlər Kəlbəcərdə elə bir gözəllik yaradılıb ki, İsveçrə memarlığına uyğun, turistləri valeh edəcək rahatlıq və mənzərə bir vəhdət təşkil edir. Bildiyimiz kimi, Kəlbəcərin Baş planının konseptual əsasını da, elə sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Artıq dövlət başçısının “Biz Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” sözlərinin real nəticələri Kəlbəcərdə də insanları valeh edir.

O ki qaldı Kəlbəcərin iqtisadi imkanlarına, bir kəlbəcərli və bir iqtisadçı kimi bildirmək istəyirəm ki, Kəlbəcər ölkə iqtisadiyyatına nəzərə çarpacaq qədər qatqı vermək potensialına malik, təbii-iqtisadi resurslarla zəngin bir rayondur. Rayonun qızıl, mis, civə və digər qiymətli material ehtiyatları, yüzlərlə müxtəlif dərdlərin dərmanı olan müalicəvi bulaqlar, dağ, yaylaq, kanat, qış turizminin inkişafı üçün geniş imkanlar, dərman bitkiləri, heyvandarlığın inkişafı imkanları, arıçılığın inkişafı üçün münbit şərait və s. Bu siyahını daha da genişləndirmək mümkündür. Bütün bunların məcmusu onu deməyə əsas verir ki, ilkin proqnozlara görə, Kəlbəcər iqtisadiyyatı ölkə iqtisadiyyatına, ən azından 2-3 faizlik töhfə vermək imkanındadır.

Bir neçə rəqəmlə fikrimi əsaslandırmaq istərdim. Yalnız 1993-cü ilədək təsdiq edilmiş yataqlar üzrə, Kəlbəcərdə 130 ton qızıl, 190 ton gümüş, 249 ton selen, 939 ton civə, 11 min m3 mişar daşı, 4.5 min m3 sement xammalı mövcuddur. Eləcə də, statistik məlumatlara görə, Azərbaycanda ümumilikdə mineral su ehtiyatlarının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. Nəzərə alsaq ki, hər il yay aylarında Aran zonasından yüz minlərlə iri və xırda buynuzlu heyvanlar da Kəlbəcər yaylaqlarına köç edir, onda heyvandarlıq məhsullarının istehsalı baxımından rayonun ümumi ölkə əhəmiyyəti daha da aydın olar.

Ən əsas məqamlardan biri odur ki, uzun illər sərt relyefə malik yolların ümidinə qalmış Kəlbəcərə artıq dəmir yolu çəkilməsinin də konseptual layihəsi hazırlanıb. Dəliməmmədli-Kəlbəcər dəmiryol xətti əsasən sərt iqlim şəraiti ilə fərqlənən Kəlbəcər və Laçın rayonlarının turizm perspektivli ərazilərinin potensialından istifadədə, eləcə də sərnişinlər üçün avtomobilə alternativ nəqliyyat xidmətlərinin təqdim edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar, nəiniki qısa zamanda Kəlbəcərdə qaynar həyatı tam bərpa edəcək, eləcə də ümumilikdə regionun inkişafına ciddi töhfə verəcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri