Icma.az
close
up
RU
Kəlbəcərdə o heykəli ucaldın Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş etdi...

Kəlbəcərdə o heykəli ucaldın Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş etdi...

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakultəsinin müdavimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı İlqar Vəliyəddin oğlu Misirzadə Prezident İlham Əliyevə müraciət edib.

İlqar Misirzadənin Prezidenə müraciətində bildirilir:

“Möhtərəm Prezident!

Qarşıdan xalqımızın əsirlərdən süzülüb gələn milli-mənəvi dəyəri olan Novruz bayramı gəlir. Mən Sizi və ailənizi xalqımızın bu gözəl bayramı münasibəti ilə təbrik edirəm.

Azərbaycan xalqının böyük oğlu,Türk dünyasının görkəmli şəxsiyyəti, dahi siyasi xadim ümummilli lider Heydər Əliyev öz çıxışlarında qətiyyətlə vurğulayırdı: “...Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri ili Laçında, o biri ili Kəlbəcərdə, Ağdamda, Fizulidə, Cəbrayılda, Zəngilanda, Qubatlıda keçirəcəyik!” Bəli, belə də oldu, dahi siyasətci Heydər Əliyev bu günləri xalqına yaşadacaq İlham Əliyev şəxsiyyətinə, siyasi iradəsinə tamlıqla əmin olduğu üçün xalqına da onun ətrafında birləşməyi tövsiyə etmişdir və qeyd etdiyi kimi: “...Özüm qədər inanıram”, - nəsihəti bu gün bizə tarixi zəfərimizə şahidlik etməyi nəsib etmişdir. Mən də bir kəlbəcərli kimi arzu edirəm ki, Siz builki Novruz tonqalını Kəlbəcərdə qalayasınız və xalqımızı təbrik edərək qarşıdakı uğurlarımızı bəyan edəsiniz. Necə ki, bunu tarixi Qarabağımızda - Şuşada, Xankəndidə etdiniz.

Cənab prezident!

Mərhum atam Vəliyəddin İsmayılovun Ulu Öndərin 100 illiyinə həsr etdiyi “Nəsillərə örnək insan” kitabındakı bir tarixi faktı qeyd etmək istəyirəm. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 2-də Kəlbəcərin işğalının anım günündə Nərimanov rayonunda kəlbəcərli məcburi köçkünlərlə görüşündə qeyd etmişdi. “...Mən bu gün eyni zamanda kəlbəcərlilərdə öz xalqına, torpağına məhəbbət hissi olduğunu sübut edən, nümayiş etdirən faktları yada salmaq istəyirəm. Bu gün burada yenə dedilər ki, gəlinlər özlərini qayadan atdılar. Bu, Azərbaycan qadınının nə qədər yüksək mənəviyyata, namusa, qeyrətə malik olduğunu sübut edən faktdır. Mən keçən dəfə demişdim, bu gün də deyirəm, Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün gələcək. Biz sizinlə Kəlbəcərə qayıdacayıq, orada kəlbəcərlilərin qəhramanlığını əbədiləşdirən abidələr yaradılacaq, lakin ən birinci abidə özünü qayadan atan həmin gəlinlərin abidəsi olmalıdır. Bu abidə qoyulmalıdır!”

Cənab Ali Baş Komandan!

Mən bir Azərbaycan vətəndaşı, bir kəlbəcərli kimi əminəm ki, Siz Ulu Öndərin - Bu abidə qoyulmalıdır, - tövsiyəsi, nəsihəti və arzusunu yerinə yetirəcək və Türk dünyasının, Azərbaycan xalqının əzəmət simvolunu ucaldacaqsınız. Bu mənəviyyat abidəsi Türk dünyasının dünyaya açılan qapısının qürur mənbəyi olacaqdır və əsirlər keçəcək Siz hər zaman böyük Azərbaycan xalqının QÜRUR MƏNBƏYİ OLACAQSINIZ!

Bir daha Sizi səmimi qəlbdən təbrik edirəm və Sizinlə Kəlbəcərdə görüşmək arzusu ilə...

Allah Sizi və ailənizi qorusun!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Mart 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri