Kəlbəcərdə yük avtomobili dərəyə aşdı: Ölənlər var YENİLƏNİB
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Kəlbəcər rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.
Gununsesi.info xəbər verir ki, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər.
Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.
***
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.info oxu.az-a istinadla bildirir ki, hadisə “HOWO” markalı yük avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.
Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 28 Mart 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















