Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Kəlbəcərə təkcə şəkillərdə baxmırlar.... Fotolar

Kəlbəcərə təkcə şəkillərdə baxmırlar.... Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Şəhər Günü çərçivəsində noyabrın 25-də Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev, digər rəsmilər və şəhər sakinləri sərgilərlə tanış olublar.

Qonaqlara sərgilər haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgidə qurumun üzvü olan fotoqrafların Kəlbəcərə həsr edilən əsərləri yer alıb.

Sərgidə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 foto nümayiş olunur.

Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” adlı sərgisində muzeyin kolleksiyasından Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilir. Sərgi, xüsusilə, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandırır. Nümayiş olunan eksponatlar bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu diqqətə çatdırır.

“Kəlbəcərin palitrası – rəsmlərdən boylanan zənginlik” adlı sərgidə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yerli rəssamların Kəlbəcərə təşkil edilmiş səfərləri zamanı ərsəyə gətirilən əl işləri nümayiş olunur.

Bunlarla yanaşı, şəhərdə geniş konsert proqramı təşkil olunub.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də doğma yurda qayıtmış şəhər sakinləri və bayram münasibətilə Kəlbəcərə gəlmiş qonaqlar iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bayram konserti Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında V.Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb.

Konsertdə Xalq artisti Mələkxanım Eyyubova R.Məmmədovun “Yaşa, Azərbaycan”, Əməkdar artistlər – xanəndə Babək Niftəliyev Y.Almazın “Prezidentim”, tarzən Şəhriyar İmanov “Zəfər” kompozisiyası, solistlər Malik Həsənov F.Cəlilabadlının “Kəlbəcər”, Mehdi Niftəliyev E.İbrahimovanın “Ey Vətən” mahnılarını ifa ediblər.

Musiqisevərlər “Qaya” Dövlət Ansamblının ifasında V.Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnılarını dinləyiblər.

Konsertdə aşıq sənətinə də geniş yer verilib. Tanınmış aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı “Ruhani”, Əfqan Kəlbəcərli “Gödək donlu”, Qənbər Kəlbəcərli “Cəlili”, Gözəl Kəlbəcərli “Gözəldir”, İbadət Ərəş “Qəhrəmanı”, Qalib Kəlbəcərli “Göyçəgülü” və Əhliman Kəlbəcərli “Kərəm gözəlləməsi” saz havaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Azərbaycan Dövlət Rəqs Ansamblı daha sonra E.Sabitoğlunun “Ağ çiçəyim” rəqsini və “Ağbaba” yallısını ifa edib.

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və şagirdləri isə “Dəşti” təsnifini ifa ediblər.

Konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq təqdim olunub.









































Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri