Icma.az
close
up
RU
Kelloq müzakirə üçün Lukaşenko ilə görüşə gəlir Reuters

Kelloq müzakirə üçün Lukaşenko ilə görüşə gəlir Reuters

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Belarusa səfər edərək Aleksandr Lukaşenko ilə görüşə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” dörd diplomatik mənbəyə istinadla yazır.

Məlumata görə, Kelloq Belarusda Lukaşenko ilə görüşəcək. Hələlik bu görüşlə bağlı rəsmi təsdiq yoxdur.

İki mənbənin bildirdiyinə görə, səfərin dəqiq gündəliyi hələ müəyyənləşməyib. Bununla belə, Kelloq şəxsi söhbətlərində bu səfəri Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün sülh danışıqlarına başlamaq baxımından potensial addım kimi qiymətləndirib.

ABŞ Dövlət Departamenti, Ağ Ev, Kelloqun özü, eləcə də Belarusun Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. "Reuters” qeyd edir ki, bu cür diplomatik səfərlər incə danışıqlar tələb edir və son anda dəyişdirilə və ya ləğv edilə bilər.

Əgər səfər baş tutarsa, Kelloq son illər Belarusa səfər etmiş ən yüksək rütbəli ABŞ rəsmisi olacaq. Oxşar səfər sonuncu dəfə 2020-ci ildə ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən Minskə edilmişdi. Həmin vaxt səfər Lukaşenkonun Moskva ilə münasibətlərindəki soyuqluq fonunda Vaşinqtonla əlaqələri yaxşılaşdırmaq məqsədi daşıyırdı.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlar faktiki olaraq dalana dirənib. Kiyev işğal olunmuş ərazilərdən rus qoşunlarının tamamilə çıxarılmasında israr edir. Moskva isə Ukrayna üçün qəbuledilməz şərtlər irəli sürür – o cümlədən ilhaqların tanınmasını tələb edir. Vəziyyəti ABŞ və müttəfiqlərinin mövqeyi də mürəkkəbləşdirir: onlar Ukraynanı silahla dəstəkləyir və Kreml əsaslı davranış dəyişikliyi etmədən güzəşt üçün əsas görmürlər.

Durumu sanksiyalar dəyişə bilər. Eyni zamanda, Donald Tramp bildirib ki, bu məsələdə hələlik qərar verməyəcək, çünki əvvəlcə Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanıb-imzalanmayacağını görmək istəyir.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri