Icma.az
close
up
RU
Kəmalə Günəşli universiteti bir birinə qatdı Xəzərdən sərt cavab

Kəmalə Günəşli universiteti bir birinə qatdı Xəzərdən sərt cavab

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

Globalinfo.az xəbər verir ki, tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.

Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.

Adətən, tələbələr Kəmalə Günəşlinin mahnısına oynayanda çox tənqid edilir, həm də buna universitet şərait yaratmamalıdı deyilir. Başqa bir qrup da bildirir ki, toylarda da həmin ifa səslənir, normal haldır. Tələbələri buna görə qınamaq olarmı?

Globalinfo.az-a baş verənlərlə bağlı Xəzər Universiteti ilə əlaqə saxlayıb.

Sualımızı cavablandıran Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli görüntülərin bu cür təqdim olunmasını onlara qarşı xoşagəlməz siyasət adlandırıb.

Onun sözlərinə görə, şənlikdə onlarla xalq musiqisi ifa olunub:

Əlövsət Əmirbəyli

“Həmin görüntüləri “Azərbaycan Universitetləri” səhifəsi yayıb. Nəzərinizə çatdırım ki, orda aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, Aşıq Ramin özü də orda olub, aşıq havasını sazda canlı ifa edib. Niyə bunlar yox, məhz Kəmalə Günəşliyə aid olan hissə yayılıb?! O tədbirdə təklif olunan mahnıları siyahıdan çıxarmışdıq. İfa olunan mahnı da rəsmi hissədən sonra olub. Lap tələbələr orada rəqs ediblər, bu, pis əməldir bəyəm? Xuliqanlıq etməyiblər, kiməsə sataşmayıblar”.

Ə.Əmirbəyli bu cür mahnıların yayılmasında televiziyaları günahlandırıb:

“O mahnıları Azərbaycanın bütün televiziyalarında səsləndirirlər. Bəs onlara niyə irad bildirən yoxdur?! Əslində, gənclərin bu cür mahnıları dinləməsinin əsas səbəbkarı məhz televiziyalardır! Bizi belə tanıtmaq yanlış siyasətdir. Necə olur, şəhid tələbəmizin xanımına diplom təqdim edirik, onu yayan olmur, amma tələbələrin rəqsini dərhal yayırlar?! Adamın musiqisi trend olub, qarşısını almağımız mümkün deyil.

Cəmiyyətə də bir söz deyə bilmərik. Camaat tənqid etdiyimiz mahnılara toyda rəqs edir. O haqda da yazsınlar da. Hər kəs rəqs edəndə yaxşıdır, tələbə rəqs edəndə dəhşətli hadisə baş verir?! Xəzər Universiteti yeganə universitetdir ki, kamera orkestri var və Azərbaycanın musiqi sənətinin ən gözəl incilərini səsləndirirlər. Gəlsin, həmin səhifə bunu da yaysın!”.

@tuqay.rzazade Xəzər Universitetində Novruz Şənliyi ? Kəmalə Günəşli – Çini Çaydan ? #ixtisasseçimi #ixtisassecimi ##qəbulimtahanı ##buraxılışimtahanı #müəllimlərinişəqəbulu #muellimleriniseqebulu #sertifikasiya #Sertifikatlaşdırma #abituriyenthazirligi #blokimtahani #hazirliqkurslari #hazırlıq #ELMVƏTƏHSİL #təhsil #tehsil #elmvətəhsilnazirliyi #buraxılışimtahanı #qəbulimtahanı #müəllim #muellim #müəllimlərinişəqəbulu #muellimleriniseqebulu #sertifikasiya #rzazadətuqay #tuqayrzazade #təhsilnazirliyi #blokimtahanı #universitet #təhsilxəbər #rzazadatugay #rzazadetugay #rzazadətuqay #elmvətəhsilnazirliyi #təhsilnazirliyi #sertifikasiya #eminəmrullayevdən #müəllimlərinişəqəbulu #muellimleriniseqebulu #müəllim #müəllimlər #muellim #muellimler #xəbər #xəbərlər #xeberler #xeber #təhsiltv #təhsilkanalı #abituriyent #dövlətimtahanmərkəzi #dovletimtahanmerkezi #azərbaycan #azerbaycan #müsahibə #musahibe #miq2022 #miq2023 #miq #kurikulum #Kurrikulum #magistratura #məktəb #məktəblər #coğrafiya #coğrafiyahazırlığı #mektebeqederhazirliq #məktəbəqədərhazırlıq #ibtidaisinifmuellimleri #ibtidaisinif #riyaziyyat #azərbaycandili #univeristet #ingilisdili #informatika #məntiq #coğrafya #biologia #kimya #rusdili #tarix #taim2022 #taimkurikulum #kurikulumsınaq #sınaq #sinaq #sınağ ♬ original sound – Elm Və Təhsil

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri