Icma.az
close
up
RU
Kəmalə Məmmədzadəyə vəzifə verildi Yeni Gündəm

Kəmalə Məmmədzadəyə vəzifə verildi Yeni Gündəm

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTANDART) direktor əvəzi təyin olunub.

Bu, İnstitutun direktor müavini olan Kəmalə Məmmədzadədir.

O, AZSTANDART-ın rəhbərliyində bir qədər əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin edilmiş İlham Bayramovu əvəz edib.

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur./Report

seeBaxış sayı:20
embedMənbə:https://yenigundem.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri