Icma.az
close
up
RU
Kəmaləddin Heydərov: 2024cü ildə respublika üzrə 13 545 yanğın hadisəsi qeydə alınıb

Kəmaləddin Heydərov: 2024cü ildə respublika üzrə 13 545 yanğın hadisəsi qeydə alınıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə qurumun inzibati binasında təntənəli iclas keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən nazir Kəmaləddin Heydərov sona çatmaqda olan 2024-cü ilin Azərbaycanın bütün sahələrdə daha da inkişafı, yeni-yeni və tarixi nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olduğunu vurğulayıb. O, müstəqillik tariximizdə ərazi bütövlüyü və suverenliyi tam bərpa olmuş Azərbaycanda keçirilən ilk prezident seçkisində xalqın yekdilliklə ən layiqli namizədinə - Azərbaycanı hərtərəfli və davamlı inkişaf yolunda inamla idarə edən, 30 il işğal altında olan torpaqları azad edərək böyük Zəfərə imza atan, erməni separatizminə son qoyan İlham Əliyevə səs verdiyini xatırladaraq, ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının Azərbaycana hələ çox zəfərlər, qələbələr qazandıracağına əminliyini ifadə edib.

K.Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə də ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Bu çərçivədə nazirlik tərəfindən COP29-la əlaqədar aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin edildiyini bildirib.

Nazir deyib ki, FHN işğaldan azad olunmuş torpaqlarda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirləri davam etdirir. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz həyata keçirilir.

Çıxışına davam edən nazir bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik surətdə alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə respublika üzrə 13 545, o cümlədən Bakı şəhərində 4 472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16-sı yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq, 1 041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1 095 zərərçəkmişi xilas edib, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb.

2024-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, üç qayıq, 85 motopompa cəlb olunmaqla oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, iki nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nazir onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, bu il Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib, müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.

Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı "112" qaynar telefon xəttinə ümumilikdə 2,1 milyona yaxın və ya orta hesabla hər gün altı minə yaxın zəng daxil olub.

Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 70 mindən artıq obyektdə yanğın-tехniki müayinələr aparılıb, aşkar еdilmiş çatışmazlıqların aradan qaldırılması üçün оbyеkt rəhbərlərinə və sahiblərinə 407 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları vеrilib.

Bundan əlavə, təyinatından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2 890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2 964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4 800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda, radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən, 1 977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Daha sonra Prezidentin müvafiq sərəncamı ilə "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilmiş FHN-in əməkdaşlarına təltiflər təqdim olunub. İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib. Sonda iclas iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Kəmaləddin Heydərov: "2024-cü ildə respublika üzrə 13 545 yanğın hadisəsi qeydə alınıb"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri