Icma.az
close
up
RU
Kəmaləddin Heydərov BƏƏ də sammitdə iştirak etdi VİDEO/FOTOLAR

Kəmaləddin Heydərov BƏƏ də sammitdə iştirak etdi VİDEO/FOTOLAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 8-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib.
Demokrat.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır.
Tədbirdə çıxış edən Kəmaləddin Heydərov sammitin əhəmiyyətini qeyd edərək, onun fövqəladə hallara qlobal hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən fəlakətlərə çevik və səmərəli reaksiya verilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və qabaqcıl innovasiyaların müəyyən edilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.
Ölkəmizdə fövqəladə hallarla mübarizə üzrə görülən uğurlu işlər barədə məlumat verən nazir fəlakətlərin xüsusilə qlobal iqlim dəyişikliyi fonunda yaratdığı təhlükələrin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib, bu istiqamətdə Azərbaycan FHN-in istər xarici ölkələrin uyğun qurumları ilə ikitərəfli səviyyədə, istərsə də müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, BMT-nin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupuna – INSARAG-a üzv olan Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır.
Çıxışında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirildiyini xatırladan nazir ölkəmizin qlobal problemlərin həlli, o cümlədən ətraf mühitin qorunması məsələlərinə ciddi dəstək verdiyini vurğulayıb.
Qeyd edək ki, iki gün davam edən sammitdə ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.
Tədbir çərçivəsində nazir Kəmaləddin Heydərov bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin fövqəladə hallarla mübarizə üzrə ən müasir texnika və avadanlıqların, müxtəlif vasitələrin nümayiş olunduğu sərgi ilə tanış olub.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri