Icma.az
close
up
RU
Kəmaləddin Heydərov fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammitində iştirak edib VİDEO

Kəmaləddin Heydərov fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammitində iştirak edib VİDEO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti aprelin 8-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib.

FHN-dən APA-ya verilən məlumata görə, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov sammitin əhəmiyyətini qeyd edərək, onun fövqəladə hallara qlobal hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən fəlakətlərə çevik və səmərəli reaksiya verilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və qabaqcıl innovasiyaların müəyyən edilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Ölkəmizdə fövqəladə hallarla mübarizə üzrə görülən uğurlu işlər barədə məlumat verən nazir fəlakətlərin xüsusilə qlobal iqlim dəyişikliyi fonunda yaratdığı təhlükələrin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib, bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər xarici ölkələrin uyğun qurumları ilə ikitərəfli səviyyədə, istərsə də müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, BMT-nin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupuna – INSARAG-a üzv olan Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır.

Çıxışında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirildiyini xatırladan nazir ölkəmizin qlobal problemlərin həlli, o cümlədən ətraf mühitin qorunması məsələlərinə ciddi dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən sammitdə ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində nazir Kəmaləddin Heydərov bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin fövqəladə hallarla mübarizə üzrə ən müasir texnika və avadanlıqların, müxtəlif vasitələrin nümayiş olunduğu sərgi ilə tanış olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri