Icma.az
close
up
RU
Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü FOTO

Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü FOTO

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru kimi Bakıda müvəffəqiyyətlə keçirilən COP29-da Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun nümayəndə heyətinin iştirakının təqdirəlayiq olduğunu deyib.

Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb. Bu kontekstdə 2021-ci ilin 13 yanvar tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edən nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən qonaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qurum arasında münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://publika.az
archiveBu xəbər 16 Noyabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see181

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see137

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see135

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see133

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see132

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see130

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see130

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see128

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see127

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see127

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see127

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see126

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see125

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see125

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see125

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see125

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see124

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see122

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri