Icma.az
close
up
RU
Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib

Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Bu barədə "Bizimyol.info"ya FHN-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi ilə görüşüb.

Yüksək qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edən nazir K.Heydərov Azərbaycan ilə İordaniya arasında uzun illərə söykənən, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri çərçivəsində ötən ilin noyabr ayında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İordaniya Haşimilər Krallığının yüksək səviyyədə təmsil olunmasını və sessiyada fəal iştirakını xatırladıb.

Nazir Azərbaycanda fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında münasibətlərin inkişaf perspektivlərindən söz açıb. Qeyd edib ki, xüsusilə qlobal iqlim dəyişikliyi fonunda təbii fəlakətlərin və texnogen qəzaların geniş vüsət aldığı müasir dünyamızda fövqəladə hallarla səmərəli mübarizə məqsədilə qarşılıqlı təcrübə mübadiləsi, ən qabaqcıl texnologiya və yanaşmaların mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə, Azərbaycan və İordaniyanın fövqəladə hallarla mübarizəyə məsul qurumları arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə İordaniya Haşimilər Krallığının Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin sədr müavini briqada generalı Hatem Odeh Al-Zoubi Azərbaycan və İordaniya arasında mövcud dostluq və sıx əməkdaşlıq münasibətləri çərçivəsində belə səfərlərin və keçirilən görüşlərin hər iki ölkənin fövqəladə halların idarə olunmasına cavabdeh qurumları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi təkan verdiyini vurğulayıb. O, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, İordaniyada təbii və texnogen fövqəladə hadisələrlə mübarizə sahəsində görülən işlərdən danışıb.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması mərasimi olub.

Daha sonra nazir Kəmaləddin Heydərov İordaniya Təhlükəsizlik və Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov səfər çərçivəsində İordaniyanın daxili işlər naziri Mazen Əl-Faraya ilə görüşüb.

Görüşdə Azərbaycan və İordaniya dostluq münasibətləri çərçivəsində hər iki ölkənin uyğun qurumları arasında təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Bundan əlavə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərov İordaniya İctimai Təhlükəsizlik Baş İdarəsinin Mülki Müdafiə İdarəsinin rəisi briqada generalı Mohammad Mahmud Al-Omari ilə görüşüb.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişaf perspektivləri, müxtəlif fövqəladə hallarla, o cümlədən meşə yanğınları və daşqınlarla mübarizə məsələləri, iordaniyalı gənclərin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil imkanları geniş müzakirə olunub, təqdimat edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri